Sony Xperia X dual necə telefondu?

Salam. Sony Xperia X Dual F5122 64GB 4G LTE Graphite. Bu necə telefondu işlədən olub bundan? Parametrləri məni qane edir. Azərbaycanda deyəsən 899 manatdı. Amma dubaydan (almalı.az) 579 manata. almaq olur.
Batareya: 2620 mAh
Ekran: Ölçü 5.0″ /// 1080 x 1920
Əsas Kamera: 23 MP Qabağ Kamera: 13 MP
Android: v6.0.1 (Marshmallow)
Daxili Yaddaş: 64 GB
RAM: 3 GB


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

(13:07, 15/04/2017 ) #68207

Göstəriciləri yaxşıdı, xüsusən Snapdragon 650 stabil və güclü prosessordu. Ancaq Orta Sinif bir telefon üçün qiymət biraz çox gəldi mənə. Telefon əgər ürəyinizcədirsə alın məncə razı qalarsız. Alsanız indidən xeyirli olsun.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:34, 15/04/2017 ) #68208

Salam
Ümumiyyətlə Sony Xperia seriyalı telefonları yaxşı telefonlardır. Buzamana qədər istifadə edənlərdən şikayət eşitməmişəm. Donma az olur, sürət yaxşı olur. Kamera da həmçinin.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:55, 15/04/2017 ) #68209

Təşəkkürlər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:01, 17/04/2017 ) #68223

    Salam, hal-hazırda işlətdiyim telefondur. Çox ciddi narazılıqlarım yoxdur. Bəzi problemlərini deyim: Güclü qrafikalı oyunlar oynayarkən qızır(Snapdragon olsa belə). Bəzi yüngül oyunlarda da bu baş verir, oyundan oyuna fərqlidir nədənsə. Səs ümumi SONYlərdə problemdir məncə, zəif çıxır və yüksək səsdə qulaq asdıqda telefonun arxasında titrəmə hiss olunur. Telefon proqramlarından Musiqi pleyerini bəyənmirəm. File manager proqramı yoxdur, bunun üçün marketdən əlavə proqram yükləmişəm. Kameraya gəldikdə güclü arxa və ön kamerası var, amma 23MP ard-arda şəkil çəkəndə donur.Yəqin ki şəklin yaddaşa yazılmasına görə belədir.. OİS(Optical image stabilizator) funksiyası yoxdur. Batereyası normaldır. Ən tez Android 7 gələn telefonlardan biridir. Amma, gözlədiyim kimi gəlmədi. Sony üçün uyğunlaşdırılıb sanki. Yaddaş 64GB, demək olar ki donmaması, güclü kamera, dizayn baxımından məncə qiymətinə uyğun telefondur. (Mən almalı.az-dan 792-yə almışdım, indi 200 manata qədər ucuzlaşıb, ona heyfslənirəm :D). Başqa hansısa sualınız varsa cavablandırmağa hazıram 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (21:17, 20/04/2017 ) #68279

      Almalı.az-dan almaq istəyirəm elə mən də. Deyəsən ordan alanda 5 AZN-e qeydiyyatdan keçirmək lazımdır ki, Azərbaycanda işləsin siz necə etmişdiz? Neçə günə gəldi telefon bir də qutudan nələr çıxdı?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:32, 22/04/2017 ) #68311

      Almalıdan alanda çatdırılma üçün 45 manat əlavə ödənilir. Ödənişi əvvəlcə edirsiniz,qəbz alırsınız.3-5 günə gəlir. Poçtdan götürüb Almalının ofisinə aparırsınız və qutunu ilk orada açırlar, əks halda 1 illik zəmanət verilmir. 5 AZN qeydiyyatdan keçirmək isə yəqin ki İMEİ kodu ilə qeydiyyatı deyirsiniz, onu özünüz hansısa poçta yaxınlaşıb edirsiniz.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:24, 17/04/2017 ) #68225

Daha ümumi cavab verim bir az.
Ümumiyyətlə Sony ən keyfiyyətli telefon istehsalçısıdır, bu barədə tam əminəm uzun təcrübəyə əsaslanaraq. Ən dözümlü, keyfiyyətli, stabil və.s.
Heyf ki, aparat dizaynı və marketinqdə rəqiblərini çox uduzurlar deyə bazar payları hədsiz azdır.
Məsələn götürək 2017-ni: Samsung Galaxy S8 elan elədi, Sony də XZ Premium. Aparat gücü olaraq demək olar hər ikisi eynidir, bir birinə yaxındır, Sony-də əlavə olaraq daha güclü, inqilabi yeni kamera da var.
Amma hansı çox satacaq? Əlbəttə ki Samsung. Hətta 2-3 dəfə çox yox, 50-100 qat daha çox satacaq.
Niyə?
cavab çox sadədir. Hər iki dizaynı özünüz müqayisə edin, Sony-nki ilişib qalıb 10 il əvvəlin konseptində, Samsungsa əsl inqilab edir:

Fərq aşkar görünür deyilmi? Bir yanda futuristik, yeni konseptli telefon, bir yanda qədimyana görünüşlü, qeyri ekran hissəsi az qala ekran boyda olan eybəcər smartfon. halbuki yenə deyirəm, keyfiyyət və performansda uzun vədədə sözsüz ki, XZ smartfonu Galaxy S8-dən daha yaxşı smartfondur.

——–
Konkret sizin dediyiniz model isə öz seqmentində(orta sinif) yaxşı telefondur, əgər digər istehsalçıların da oxşar parametrli telefonları da yaxın qiymətədirsə, əlbəttə Sony almağa dəyər, çünki Sony alanda onu rahatlıqla 2-3 il belə işlətmək olur, hətta daha çox.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (05:34, 22/09/2017 ) #69644

    Rəng seçimi arasında qalsaydınız hansını seçərdiniz Sony XZ Premium Deepsea Black yoxsa Luminous Chrome?:))

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:47, 22/09/2017 ) #69646

      Luminous Chrome

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:24, 17/04/2017 ) #68228

Fikrimdə LG G4 H818 32Gb Dual Sim bu telefonda var. Bəs bu necə telefondu Xperia X-a müqayisədə?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:29, 17/04/2017 ) #68229

    Sony daha yaxşıdır. LG-nin bu modeli bir qədər köhnədir, 2015ə aiddir

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:38, 17/04/2017 ) #68230

    LG-nin G seriyasının xroniki problemləri var. Daha çox asiya tərəflərdə həddən artıq istifadəçinin Ghost Screen – dən şikayəti var. Məsləhətim G4 almamağınızdır. Xperia X daha yaxşı seçimdir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (17 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (16 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024