Windows 8.1 bluetooth-la bağlı sual

Salam. Noutbukumun əməliyyat sistemi windows 8.1-dir. Demək blutuzla telefona istənilən faylı (şəkil, video, mp3 və.s) gpndərmək olur. Amma telefondan noutbuka göndərmək olmur. Qeyd edim ki, bir neçə telefonla da yoxlamışam eyni vəziyyətdi. Bunu necə düzəldə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Rufet092 (2017-04-24 01:55:44)
Təşəkkür edirəm düzəldi.

NModern (2017-04-22 17:42:47)
Kompüterinizdə Windows+R düymələrini sıxın "fsquirt" daxil edin (dırnaqlarsız) və OK düyməsini sıxın. Açılan pəncərədə "Receive files" (Принимать файлы) -nı klikləyin. Bundan sonra kompüterinizə faylı göndərə biləcəksiniz. Əgər aşağıda açılmış proqramları göstərən panel varsa, onda saatın yanında bluetooth işarəsinin üzərinə mausun sağ düyməsini sıxıb Receive a file (Принять файл) sıxmaqla da eyni əməliyyatı edə bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Nokia Lumia710 unlock

Adobe Flash Player windows phone üçün.

Dil dəyişmədə çətinlik

Ubuntu əməliyyat sistemi haqqinda

Windows sistemi yüklənmiş kompüterin ip ünvanını və hostname -i

Windows 7-də Internet Explorer