Notebook secimine komek edin pls

Salamlar.Zəhmət olmasa mənə notebook seçimində və alarkən nələrə diqqət eləməliyəm o barədə köməklik edin 1000azn maksimum Oyun oynamağı sevmirəm kompyuterdə ümumiyyətlə) Ekran keyfiyyəti yaxşı olsun Və hardan sifariş verməyim məsləhətdir Bu mövzuda olduqca pisəm,hər sözünüz dəyərlidir) Hörmətlə

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2017-04-21 01:34:46)
onu da artıq özünüz edin :)

Farid Hasanli (2017-04-20 17:39:47)
cavablandırdığınız üçün təşəkkürlər ilk öncə Zəhmət olmasa amazondan dediyiniz parametrlere uyğun modeli seçib linkin ata bilərsiz bura?

E. Hacı (2017-04-20 16:33:38)
Əgər xaricdən alacaqsızsa, Amazon-dan alın. Model olaraq da Asus məsləhət görürəm. Ən keyfiyyətli istehsalçı mənə görə odur. 500-600$a çox yaxşı Asus-lar var. Lenovo da yaxşıdır ən böyük istehsalçıdır, Bakıda servisi var və.s. Amma Asus daha qəşəng və dözümlü istehsalçıdır. Bu iki istehsalçı üzərə axtarın, digərlərinə gərək yoxdur. HP-lərdə batareya problemi olur, Samsung baha olur alternativlərindən, Acer elə də dözümlü deyil, Dell ucuz seqmentdə yaxşı modelləri yoxdur və.s. Ekran standartdır da demək olar hamsında. Full HD olsun bəs edər. Digər məsələlər həllini tapıb fullHD modellərdə.(işıqlılıq, yan bucaqdan yaxşı görsənmə və.s.) Donmaması üçün çalışın i7 alın (6 or 7th generation). RAM da 8gb olsun.(daha çoxu artıq baha çıxar deyə demirəm)

Farid Hasanli (2017-04-20 15:24:23)
Alibəyov cavablandırdığınız üçün təşəkkürlər ilk öncə Macbook çox bahadı Zəhmət olmasa mənə konkret hansı modeli məsləhət görürsüz onun adın yazın Ekran keyfiyyəti apple notebooklarına yaxın,donmasın,sürətli işləsin,normal proqramların hamısı getsin,bu qədər)

Alibeyov (2017-04-20 11:37:37)
Salam, alan zaman çalışın Amerika üçün nəzərdə tutulmuş buraxılışlara üstünlük verəsiniz. Dubay variantları o qədər də özünü doğrultmur. Sifarişlə gətizdirə bilərsiz. Mən özüm şəxsən Amazondan alıram çox vaxt.Bəzən də etibar edə biləcəyim seller olduqca Ebay-dan alıram, malı hər iki halda Amerikaya göndərirəm Kango Express adlı kargo şirkətinə (bu haqda KangoExpress saytından maraqlanın və ya zəng edib soruşun, məsləhətli servisdi) Malım da normal vəziyyətdə vaxtında (7-10 gün) gəlib çıxır. Brend olaraq bu sıralama ilə məsləhət görərdim (mənə görə yaxşıdan pisə doğru) 1) MacBook( əgər Apple istifadəçisisinizsə qiymət önəmli deyil :) ) 2) Asus 3) MSI 3) Dell 4) Fujitsu 5) Lenovo 6) Toshiba 7) Hp * Bu sıralamada həm qiymətin münasibliyi, həm məhsulun davamlılığı, keyfiyyəti, 1 ildən sonrakı düşdüyü vəziyyəti nəzərə alınıb. Acer, Samsung məsləhət görmürəm.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Notebookun video kartı necə dəyişilir?

Notebook TOSHIBA Satellite C660-1FL

Amazondan karqo şirkətləri olmadan birbaşa telefon sifariş etmək

Telefon sifarişi

Ebaydan Sifariş

Notebookda veb kamera problemi.