Saytın xidmətinə görə vergi ödənilməlidir mi?

Salam. Azərbaycanda sayt açmaq istiyirəm .az domenində. Saytın xidməti: alış veriş saytı olacaq.Bu halda bu xidmət Azərbaycan vergi məcəlləsində necə tənzimlənir? Vergi ödəməliyəm mi? Sosial şəbəkələrdə bunu edənlər çoxdu, vergi ödəmirlər. Lakin .az domenində sayt açıb bunu etdikdə nə fərqi olacaq? Vergidən mənə heç bir cavab gəlmir. Nə telefonlara cavab veririlər ,nə məktublara. Xidmət səviyyəsi çox yüksəkdi


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(19:39, 24/04/2017 ) #68333

Salam. fərqi yoxdur hansı domenlə açırsız. Vergi ödənməlidir. sadələşmiş vergi düşür buna ilk başlayan üçün (satış qiymətindən gələn ümumi pulun 4%-i) Yəni online üçün xüsusi qanun yoxdur ,adi ticarət necədir bu da elə.
Digərləri vermir məsələsinə gəldikdə isə, bəli elədir. Online satanlara hələ ki, elə də nəzarət yoxdur. Amma olacaq, bu il başlayıblar bu işə necə nəzarət etmək haqda düşünməyə. Verənlər də çoxdur, mən tanıyıram. Çatdırılma zamanı qaimə yazılır verilir, sənəd də elə odur. O qaimələr hamısı nömrələnmiş dövlət sənədidir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:32, 24/04/2017 ) #68335

    Təşəkkür cavabınız üçün. Daha dəqiq məlumat almaq istərdim. 4% dedikdə nə nəzərdə tutulur? Məsələn: Malın dəyəri 14 manatdır. Mən 1 azn qazancımı düşünüb 15 azn-ə satacam məhsulu. Bu halda 1 manatın 4%-i ödənilir yoxsa 15 manatın? əgər 15 manatın 4%-i ödənilirsə belə çıxır 1azn qazancımın 0.6azn-i dövlətə ödənilməlidir? Bu ki düzgün hesablama sistemi deyil. Mən ki məhsulu satmıram.Mən insanlara o məhsulu almağda köməklik göstərirəm. Mənim xidmət sahəm ondan ibarətdir ki ebayda satılan məhsulları yenidən saytımda yayımlayıb üzərinə XİDMƏT HAQQImı hesablayıb əlavə etməkdir

    Başqa bir nümanə gətirim:
    Azərbaycan və ya başqa ölkənin vətəndaşları ebaydan (və ya digər online satış saytlarından) bir başa alış edəndə EBAY (və ya digər online satış saytları) Azərbaycana (satış olan ölkəyə) vergi vermir ki. Öz ölkəsinə də həmçinin bu hesablamada vergi vermir. Siz də bilirsiz ki, onlar məhsulun satış dəyərindən müəyyən faizi satıcıdan tuturlar. Ona uyğun vergi verirlər. İndiki halda da , təsəvvür etsək ki, mənim də saytım online alış veriş saytıdı. Bu məhsullar mənim deyil. Mən sadəcə online alış edə bilməyən insanlara xidmət göstərirəm , kimin kredit kartı yoxdusa və ya bacarmırsa mənim xidmətimdən istifadə edir (edəcək) . Bu halda ümumi məbləğdən 4%-i tutulmağı o deməkdir ki, qanunun məntiqi yoxdur 🙂 MƏN VASİTƏÇİYƏM

    Sizin İT sahədə olan təcrübənizi çox yaxşı bilirəm. Ona görə bir başa bu sayta müraciət etdim, məhs sizin də cavabınızı gözləyirdim. Düşünürəm Bu İT,WEB sahəsinin qanunvericiliyini də hamıdan yaxşı bilirsiz.Bu yazdıqlarıma aydınlıq gətirsəz mən də huquqlarımı bilərəm. Vergi işçilərinin bu sahədən anlayışı yoxdur deyə gedib desəm “belə belə” onlar başa düşməyəcək, bir başa deyecəklər “online alış veriş” !!! vəssalam. Getməyinə gedəcəm əlbəttə yenədə. Birinci sizə müraciət etdim ki, “öz” tərəfimizdən qanunlardan anlayışım olsun

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:50, 24/04/2017 ) #68336

      Yox , düzgündür. Cəmi məbləğdən tutulur 4%. Bu normal vergi deyil, sadələşdirilmiş vergidir. Normal vergi de seçə bilərsiniz, o halda sadəcə qazancdan verirsiniz vergini. Amma orada ƏDV filan var ki, işi daha da mürəkkəbləşdirir. Ona görə də kiçik biznesdə sadələşdirilmiş vergi sərf edir çox vaxt. Kimə ki serf etmir, normal vergini seçir tam vergi odeyir.

      Son dediyiniz isə bir az qəribə səslənir. 🙂 O məntiqlə dünyada bütün ticarətçilər komissiya xidməti alan xidmət sektorudur, alverçi, ticarətçi yoxdur, hamı vasitəcidir. istehsalçı istehsal edir, sonra vasitəçilər xidmət göstərir :). Əlbəttə ki reallıq başqadır. Siz insanlara kömək göstərmək o halda sayılar ki , odenisi onlar edə öz hesablarından ebaya , 14 manat. Siz de kömək etmiş olarsız bu ödənişi etməkdə. Sonra da ondan tam ayrı şəkildə 1 AZN ödəniş edələr sizə, sizin qaimede 1 azn yazila, xidmət haqqı. Hə bu olardı vasitəcilik, və 1 AZNin vergisi odeyersiz.
      Ebay bizim ölkəyə niye vergi ödəmir ? Çünki bizdə bu haqda qanunvericilik yoxdur. İri ölkələr bunu artıq edib. Bəzi ölkələrdə(bizdə) isə ebaydan alınan mal xarice gedende alınan mal kimi sayılır. Ona de vergi düşmür cari ölkədə təbii ki. eBay da yerləşdiyi ölkədə vergisini ödəyir hər qəpiyə görə .

      Qaldı voen əldə etməyə, kimisə gormeye gerek yoxdur , online açmaq olur hər şeyi .

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:56, 24/04/2017 ) #68337

Təşəkkür cavabınız üçün. Mənim başqa sahədə VÖEN-im var. Həmin VÖEN-i və kassa-mədaxil çeklərini bu sahədə də istifadə edə bilərəm? yoxsa bir adamın adına bir neçə VÖEN ola bilər? Bu cavabı artıq vergidən də ala bilərəm sözün düzü 🙂 Amma yazın ki, mən də əvvəlvədən bilim, digər istifadəçilər də 🙂 Təşəkkürlər

Düşünəcəm Sadələşdirilmiş vergi və “Normal” dediyimiz vergi haqqında.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:02, 24/04/2017 ) #68338

    Artıq VÖEN varsa online panele daxil olub elave icazə almaq lazımdır sadece. Fəaliyyət növlərini açırsiz, seçirsiniz yeni növləri, göndər basırsınız. 1-2 günə cavab gəlir vəssalam. Amma təbii ki özləri ilə telefon ilə danışın sizə dəqiq məlumat versinlər. Nə olar nə olmaz

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:02, 24/04/2017 ) #68339

Əlavə olaraq qeyd edim ki, mən ödənişləri əvvəlcədən alacam. Portmanat və ya digər elektron pul kisələri vasitəsilə. Bu halda mən 1 ay sonra məhsul gəldikdən sonra çeki təqdim etməliyəm yoxsa pul hesabıma gəldiyi an? Çünki heç münasib deyil online pul gəlsin ,yenidən gedim çek verim həmin an adama. Daha əldən ələ pulu alaram da 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:04, 24/04/2017 ) #68340

    Bu artıq xüsusi haldır, onu ya mühasib ya daha vergi dəstək xidməti ilə dəqiqləşdirmək olar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:06, 24/04/2017 ) #68341

Saytınız çox yaxşıdır. Mən 195-ə 1 həftədi zəng edirəm, online müraciət göndərirəm, mənasız… İşdən çıxmağa imkan olmur ki,gedib vergilərə . amma sayənizdə bütün suallarıma cavab tapdım. Mənə qalan hesablama aparmaq oldu 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (6 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024