WordPress-də “HTTP ERROR 500” xətası

Hərkəsə salam. Wordpress-də edit-də header.php faylina səhf kod yazıb save edəndən sonra sayta girmək olmur. HTTP ERROR 500 yazılır. Admin panelinə də həmçinin. O faylı hardan edit edimki sayt əvvəlki halına qayıtsın? Əlimdə yalnız admin panelin hesabı var. Digər hansı hesablar lazımdır? Əvvəlcədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Orxan7 (2017-05-06 14:59:32)
Təşəkkürlər

E. Hacı (2017-05-06 14:32:41)
artıq bunlar təməl anlayışlardır deyə sual-cavab formatına uyğun deyil, yaxşı olar ki öncə oxuyasınız bu haqda dərsliklər, məqalələr.

Orxan7 (2017-05-06 13:46:11)
Anladım. Təşəkkür edirəm. filezilla ilə ftp ilə dəyişiklik etmək istəyirəm ancaq giriş alınmır. wordpress saytidirsa host olan hissədə nə yazılmalıdır? üzürlü sayın web developdan anlayış az olduğu üçün sizi yoruram

Orxan7 (2017-05-06 12:51:24)
ftp və ya cpanel hesabları açmalıyam?

E. Hacı (2017-05-06 12:51:05)
səhv əlavə etmisiz deməli. o plugini ftp ilə tam silin sonra yenidən qurun. bu dəfə əlavəni daha diqqətli edin. digər yol mümkün deyil, mütləq kənardan(ftp,cpanel və.s.) müdaxilə gərəkdir

Orxan7 (2017-05-06 11:55:06)
Plugin əlavəsinə çalışdım. pluginin verdiyi kodu yerləşdirdim sadəcə. və belə mənzərə çıxdı qarşıma. .../wp-login.php də çalışmır. Həll üçün digər hansı yollar mövcuddur? Minnətdaram yardımınız üçün.

E. Hacı (2017-05-06 10:48:18)
Salam. Ümumiyyətlə fayl editi saytdan etməyin, ftp və ya cpanel nə varsa ordan edin, yəni kənardan. İndiki durumda isə WP-Admin->Appearance->Editor bölməsindən asanlıqla düzəldə bilərsiz. Yox əgər işdir admin panel də error verirsə açmırsa, o halda problem header.php-də deyil, functions.php-dədir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress saytın başqa serverə köçürülməsi

wordpress wp_mail

Şəkil üzərinə yazı yazmaq

Sayt layihə ideyası

php – anti-hack

php mysql dan photo tablesi boş olarsa