Darakart seçimində kömək

Salam. Sürətli, Qiyməti sərfəli, Limitsiz( yaxud çox gb'li), Pul vurmadığın aylar borc gəlməyən bir datakart yoxdur, bilmirsiz? Ümumiyətlə, dediklərimə yaxın hansısa birini məsləhət görə bilərsiz? Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Raul33 (2017-05-22 17:59:26)
Nar yaxşıdı borc zad söhbəti yoxdu.Narında data kart paket qiymətləri ilə nömrə paketleri arasında elə bir fərq yoxdu demək olar eynidi.Yenedə Nar yaxşıdı

E. Hacı (2017-05-16 19:20:24)
üç səbəbdən ola bilər bu. ya datakartda problem olub. ya yerləşdiyiniz ərazidə və ya evdə dalğa yaxşı olmayıb ya da datakart sizi qane etməyib sadəcə. dediyim kimi modemləri çox yaxşıdır, bahadır düzdür (170 azn-dir deyəsən indi satdıqları yeni modem)

texnobeginner (2017-05-16 19:13:56)
Aleks hal hazırda mən fiber optik çəkdirmişəm. Hələlik yaxşı işləyir. Hacının dediyinə görə sazzın modemlə olanı da yaxşıdır. Seçim sizə qalır.

texnobeginner (2017-05-16 19:12:01)
Adi modemlə olan ola bilər, əla olsun. Lakin datakartla olanı dəhşətli dərəcədəcə keyfiyyyətsizsizdir. Təsəvvür edin internetdən nəsə yükləyəndə saniyədə 50 kb alirdim. yaxşı tutmağı üçün əlavə usb yə bağlayım yuxaridan asirdım ki, bir az normal işləsin. Əla sürət aldığım da olub, amma nadir hallarda. Yəni mən ondan istifadə etmişəm deyə söyləyirəm.

Aleks (2017-05-15 23:40:44)
və ev nömrəsi tapmaq, şəbəkəyə qoşulmaq üçün boş yer tapmaq əsl problemdir

Aleks (2017-05-15 23:29:09)
Məlum məsələ; sazz məndə alınmayacaq. Təsadüfən başqa birisini məsləhət görə bilməzsiz?

Aleks (2017-05-15 23:28:00)
Heh, onsuz da, Sazz istifadə edə bilməyəcəkdim. Rayonda dəstəklənmir))

E. Hacı (2017-05-15 21:36:50)
Sazz əladır. Datakart yox, normal modemlər olur Sazz-da, əla keyfiyyətli internet verir 5-9 mbit/s arası stabil sürətlə. Təbii ki, fiber optik internetin yerin verə bilməz, amma fiber optik yoxdursa, mobil internet, adsl və.s. internetlərdən daha yaxşıdır Sazz.

texnobeginner (2017-05-15 21:08:22)
Belə bir məsləhət verim. Çalışın datakartdan istifadə etməyin. İnterneti ayrıca çəkin. Çünki, datakartla istifadə edilən internet adi modemlə istifadə olunan internetdən zəif olur. Yox məhz datakartdan istifadə etmək istəsəniz, heç vaxt sazz-dan istifadə etməyin. İstifadə etmişəm və "ləzzətini" görmüşəm.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Azercell webmesaj 2.3 connect problem ?

Azercell nömrəm pin koda düşüb

Bakcell-də pulsuz online mms

mbasic facebook`dan necə istifadə edim

Azərcell-dən gələn reklamlar

CİN NÖMRƏdƏ GİZLİ NÖMRƏNİN AŞKAR EdİLMƏSİ