Free proxy haqqında

Salam. Free proxy serverlərdən istifadə edərək pulsuz internetə daxil olmaq qeyri-qanunidir? Birdəki operator bundan nəsə bir zərər görür?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2017-05-18 00:57:25)
- Bəli, VPN leqaldır. - Bəli, problem operatordadır, amma müştəri də xəbər versə yaxşı olar. Necə ki, mağazaya gedirsiz görürsüz içəridə işıq sönüb qapıya da bağlıdır yazılıb, amma qapı səhvən açıq qalıb, içəridə də heç kim yoxdur , necə ki, bu halda girib dükanı yığışdırıb aparmırsız, bu da elə :)

Anar96 (2017-05-17 22:31:01)
Mən VPN vasitəsilə internetdən istifadə edirəm. (VPN isə leqaldır). Və internetdən istifadə zamanı normal olaraq bu mənim balansımdan çıxılır, yəni adi qaydada. Amma maraqlısı budur ki, balansım bitdiyi zaman da internetə girmək olur. Amma olmamalıdır çünki balansım bitib. Deməkki problem operatorun özündədir və bunu özü araşdırıb həll etməlidir.

Anar96 (2017-05-17 22:18:13)
Zərər deyəndə nəyi nəzərdə tutursunuz?

E. Hacı (2017-05-16 22:36:22)
Proxy-lər onun üçün deyil. Sadəcə trafiki başqa server üzərindən gətirir. Ona görə də proxy-də pulsuz internet deyə bir şey yoxdur. Yox əgər operatorun proqram təminatında boşluq varsa və bu səbəbdən hansısa proxy ilə internet sayğacı işləmirsə və pulsuz daxil olmaq olursa, bu təbii ki qanunsuz əməldir və operator da bundan zərər çəkir bəli.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypal hesab və proxy

Traffic Inspector-la problem

Proxy haqqında

Kerio Control 7 – Şəbəkə kartı problemi

Nexus 5 from US

VPN və ya Proxy ilə sayta daxil olmaq