36% Rüsum ödəməliyəm?

salam, aliekspresden bir 450$ injektor yuyan aparat almaq istedim 20kg çekisi olar, DHL-lle gönderilir.və həmin şirktədə mənə dediler 36% gomruk rusumu odeyeceksen hava limaninda,ne qeder bu məlumat düzgündü?mən almaq istediyim mal axi hec 500$-da kecmir.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2017-05-24 23:04:04)
Əlbəttə. Tərsi qeyd edilir. Yəni bütün mallara tətbiq edilir rusum. Istisna bircə şəxsi məqsədli və 1000den ucuz mallara aiddir. Yəni buradan asanlıqla nəticə cixir ki şəxsi məqsədli olmayan 1$liq əşyaya belə rüsum düşür

Hasan0208 (2017-05-24 21:23:02)
Hər hansı bir qanunda qeyd olunubmu ki Şəxsi məqsəd üçün nəzərdə tutulmayan lakin heç dəyəri 1000$ keçməyən bir qurğuya 36 faiz əlavə ödəniş edilməlidir ?

E. Hacı (2017-05-20 11:49:04)
Maraqlı məsələdir. 2 ehtimalım var ki biri doğrudur. 1. DHL ümumi qaydanı oxuyub ki, bizdə rüsum bu qədərdir və onu sizə deyib. 1000$ güzəştini nəzərə almayıb. 2. Və ya DHL biz düşündüyümüzdən daha ağıllıdır deyə qanunları daha yaxşı bilir və nəzərə alır ki, İnjektor Yuyan Aparat şəxsi məqsəd üçün alınan alət deyil, biznes məqsədlidir (yəni onunla pul qazanılır, şəxsi evdə işlədəsi şey deyil). Şəxsi məqsəd üçün olmayan lap 10$lıq məhsula belə 36% düşür, güzəşt yoxdur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebay və aliexpress-də satıcı olmaq

Adsensedən pulun karta köçürülməsi

Turkiyeden sifaris ucun en ucuz kargo xidmeti hansidir?

Portmanatdan pul cixarmaq

Ovçuluq. Ov mağazası

Aliexpress ve ebay iphone almaq