Bir era neçə ildir?

Mən bilirəm ki, bir era heç nəyə bərabər deyil. Era-il hesabının başladığı tarixdir. Lakin bir nəfər deyir ki, bir era min ildir. BİR ERA NƏ QƏDƏRDİR?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2017-07-20 19:41:04)
bir az dəqiqləşdirmə aparım. era minillik kimi anlaşılsa da, daha geniş baxanda, sözün özü - era - çoxmənalı sözdür. Dövr, zaman, epoxa və.s. kimi mücərrəd ölçülü məfhumlar kimi də mənaları var. Mən sadəcə sırf BC, AD termini üzərində izah elədim. Ki, bizim era 1-ci ildən bəri olan dövr olaraq qəbul edilir. Burada bu minillik ola bilməz, çünki 2017 ildir ki davam edir. deməli söhbət ölçüdə deyil, sadəcə şərti qəbul etmədədir. Yəni aydın məsələdir ki, burada ziddiyyət var, əks halda siz heç bu sualı verməyə məcbur olmazdınız. Era - minillik kimi də işlədilir, eyni zamanda era sözünün özü ölçüsü olmayan, ilsayına görə yox, başqa xüsusiyyətə görə ayrılan zaman kəsiklərinə də deyilə bilir. (bizim era, kaynozoy erası, kompüter erası və.s.)

nasir26 (2017-07-20 19:00:36)
Yəni sizcə bir era min ildir? Amma məncə yox. Era ilə minilliyi səhv salmaq olmaz. Min il minillikdir. Era isə il hesabınıb başladığı tarixdir.

E. Hacı (2017-05-21 20:21:40)
Era min illikdir. Sadəcə yanlış olaraq bizim dildə BC termini "bizim eradan əvvəl" kimi işlədilir. Ruscadan keçib. BC - Before Christ - İsadan Əvvəl deməkdir. Bizim dildə "bizim təqvimdən öncə" demək bəlkə də daha doğru olardı, nəinki eradan əvvəl. Çünki 0-1000ci il də era idi, 1001-2000 də era idi, 2001-3000 də yeni eradır. 0-2017ci il arası dövrə bizim era demək, ondan əvvəlki BC(İsadan əvvəl)-ya bizim eradan əvvəl demək bir az düzgün çıxmır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

AZBAKB . import gomruyunden qaytarilib.

Online sifaris

ebay fedex anlaşılmazlıq

Dropshipping haqqında məlumat

Bakıda yerləşən divan mebel salonu tövsiyyəsi

WordPress – date