Online ödəniş – müştəri məlumatları

Salam. Mənə saytda kitabı onlayn sata bilmək üçün API ilə sistem qurmaq lazımdır. Birbaşa result.php success.php və fail.php yaradıb, sonra da onu wordpress-də posta kod kimi yazaraq etmək olur. Amma lazım olan odur ki, müştəri məlumatlarını ala bilmirik. Bunun üçün sistem qurulmalıdır. WooCommerce custom gateway qurmaq üçün nə etmək olar? Və ya belə sistem yaratmaq?


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(14:06, 21/05/2017 ) #68555

Salam.
Sual bir qədər anlaşılmazdır.
Portmanat APİ-ni ödəniş sisteminizə qoşmaq üçün heç bir gateway-ə gərək yoxdur, APİ müraciəti gedir və cavab qayıdır, burasını yəqin ki yaxşı bilirsiniz.
Müştəri məlumatını isə öz tərəfinizdə rahatlıqla ala bilərsiniz, burda nə problem var ki? Forma qoyursunuz, müştəri onu doldurur send edir, siz də yaddaşa verirsiniz məlumatları və request göndərirsiniz portmanat. Vəssalam.
Woo gateway ilə etsəniz iş çox çətinləşər, o halda portmanat üçün woo modul yazasınız gərək sıfırdan, bu isə daha çətindir nəinki birbaşa etmək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:07, 21/05/2017 ) #68560

    Bilirsiniz problem nədir, biz saytda kitab satacağıq və kitabı online ödəyənlərin evinə çatacaq kitab. Deyək ki, müştəri kitabı aldı, orada ödəyib-ödəmədiyini bilmək lazımdır. İstəmirik ki, müştəri forum doldursun və aldığı ödəmə bilgisini göndərsin. Lazımdır ki, saytda avtomatik ödəməsi ilə bağlı məlumatlar + ünvan və s. kimi məlumatlar birlikdə alaq.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (20:29, 21/05/2017 ) #68562

      Elə mən də onu deyirəm də. Dediyiniz tipik onlayn ödəniş məntiqidir də, fərqli nəsə varmı burda? məncə yoxdur.
      ecommerce-də iki cür ödəmə var. Qeydiyyatlı ödəmə (ki burada hər hansı forma gərək qalmır, userin bilgiləri sizdə olur) və qeydiyyatsız ödəmə. Ki burada forma olur user ad soyad ünvan və.s. siz nə istəyirsizsə onu daxil edir, ödənişə keç düyməsinə baslr, bu zaman siz bu form datanı saxlayırsız mysql bazada və redirect edirsiz portmanata, orda ödəniş bitir callback gəlir sizin sayta ki bu adam ödədi kodu da bu. Siz də gələn kodu portmanatın api-si ilə yoxlayırsız, həqiqidirsə, az öncə mysqldə saxladığınız məlumara status bölməsinə ÖDƏDİ qiymətini əlavə edirsiz. Vəssalam.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:38, 21/05/2017 ) #68563

Başımız çıxmır, yardım edə bilərsiniz? yasilelm.com saytında satılacaq. Daha doğrusu test üçün açılıb, magaza.yasilelm.com saytında. Portmanat id və s. test üçün yaradılıb. Test versiyada yoxlamaq üçün pul ödəyəndə çıxmır pul. Yəni qurub sonra ödəyib baxmaq olur. TeamViewer məlumatları göndərsək yardım edə bilərsiniz?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:38, 21/05/2017 ) #68564

    Yox, teamviewer filan onlar keçmişdə qaldı.
    Bu tip kömək istəyi sual-cavab köməyi formatından kənardır, pullu bir xidmət istəyidir deyə cavab dərhal YOX olur.
    Sadəcə yaşıl elm yaxşı layihədir deyə ona istisna etməyə dəyər. Bir dəfə də köməklik etməyə çalışmışdım bir məsələdə, Fərdin bilir.
    Yenə edərik. Detalları mənə göndərin fb-da (server ftp access, admin panel access, payment url, payment form və.s. detalları bir Google Docs və ya Dropbox Paper linki ilə)

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (21:48, 21/05/2017 ) #68565

      Təşəkkür edirəm. İndi İlkinə deyəcəm, sizə yazsın. Sizə dostluq göndərmişəm.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (23 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (3 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (16 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024