Online ödəniş – müştəri məlumatları

Salam. Mənə saytda kitabı onlayn sata bilmək üçün API ilə sistem qurmaq lazımdır. Birbaşa result.php success.php və fail.php yaradıb, sonra da onu wordpress-də posta kod kimi yazaraq etmək olur. Amma lazım olan odur ki, müştəri məlumatlarını ala bilmirik. Bunun üçün sistem qurulmalıdır. WooCommerce custom gateway qurmaq üçün nə etmək olar? Və ya belə sistem yaratmaq?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

SahlarNiftaliyev (2017-05-21 21:48:59)
Təşəkkür edirəm. İndi İlkinə deyəcəm, sizə yazsın. Sizə dostluq göndərmişəm.

E. Hacı (2017-05-21 21:38:25)
Yox, teamviewer filan onlar keçmişdə qaldı. Bu tip kömək istəyi sual-cavab köməyi formatından kənardır, pullu bir xidmət istəyidir deyə cavab dərhal YOX olur. Sadəcə yaşıl elm yaxşı layihədir deyə ona istisna etməyə dəyər. Bir dəfə də köməklik etməyə çalışmışdım bir məsələdə, Fərdin bilir. Yenə edərik. Detalları mənə göndərin fb-da (server ftp access, admin panel access, payment url, payment form və.s. detalları bir Google Docs və ya Dropbox Paper linki ilə)

SahlarNiftaliyev (2017-05-21 20:38:56)
Başımız çıxmır, yardım edə bilərsiniz? yasilelm.com saytında satılacaq. Daha doğrusu test üçün açılıb, magaza.yasilelm.com saytında. Portmanat id və s. test üçün yaradılıb. Test versiyada yoxlamaq üçün pul ödəyəndə çıxmır pul. Yəni qurub sonra ödəyib baxmaq olur. TeamViewer məlumatları göndərsək yardım edə bilərsiniz?

E. Hacı (2017-05-21 20:29:11)
Elə mən də onu deyirəm də. Dediyiniz tipik onlayn ödəniş məntiqidir də, fərqli nəsə varmı burda? məncə yoxdur. ecommerce-də iki cür ödəmə var. Qeydiyyatlı ödəmə (ki burada hər hansı forma gərək qalmır, userin bilgiləri sizdə olur) və qeydiyyatsız ödəmə. Ki burada forma olur user ad soyad ünvan və.s. siz nə istəyirsizsə onu daxil edir, ödənişə keç düyməsinə baslr, bu zaman siz bu form datanı saxlayırsız mysql bazada və redirect edirsiz portmanata, orda ödəniş bitir callback gəlir sizin sayta ki bu adam ödədi kodu da bu. Siz də gələn kodu portmanatın api-si ilə yoxlayırsız, həqiqidirsə, az öncə mysqldə saxladığınız məlumara status bölməsinə ÖDƏDİ qiymətini əlavə edirsiz. Vəssalam.

SahlarNiftaliyev (2017-05-21 19:07:44)
Bilirsiniz problem nədir, biz saytda kitab satacağıq və kitabı online ödəyənlərin evinə çatacaq kitab. Deyək ki, müştəri kitabı aldı, orada ödəyib-ödəmədiyini bilmək lazımdır. İstəmirik ki, müştəri forum doldursun və aldığı ödəmə bilgisini göndərsin. Lazımdır ki, saytda avtomatik ödəməsi ilə bağlı məlumatlar + ünvan və s. kimi məlumatlar birlikdə alaq.

E. Hacı (2017-05-21 14:06:10)
Salam. Sual bir qədər anlaşılmazdır. Portmanat APİ-ni ödəniş sisteminizə qoşmaq üçün heç bir gateway-ə gərək yoxdur, APİ müraciəti gedir və cavab qayıdır, burasını yəqin ki yaxşı bilirsiniz. Müştəri məlumatını isə öz tərəfinizdə rahatlıqla ala bilərsiniz, burda nə problem var ki? Forma qoyursunuz, müştəri onu doldurur send edir, siz də yaddaşa verirsiniz məlumatları və request göndərirsiniz portmanat. Vəssalam. Woo gateway ilə etsəniz iş çox çətinləşər, o halda portmanat üçün woo modul yazasınız gərək sıfırdan, bu isə daha çətindir nəinki birbaşa etmək.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

API inteqrasiya

Csv, json, api

Azərbaycanda SMS API verən sayt hansı idi?

Facebook APİ vasitəsi ilə səhifəmə admin kimi necə post əlavə edə bilərəm?

Uploadify 100-cü faizə çatanda alert vermək

Azercell API Ödəniş sistemi