Domain və Hosting

Hamıya Salam. Domain və Hosting almaq istəyirəm. Godaddydən almağı düşünürəm.Sadəcə belə bir problem var ki,USD yəni dollar ilə alanda çox baha başa gəlir. Amma dili və kursu rus dilinə çevirəndə 492 rub hardasa 14-15 manat edir domain. Belə bir seçənəkdə varki hind kursuna çevirəndə 3.699 INR =0.0972458 AZN edir Açığı ilk dəfədi alıram hosting və domain.Bu hind kursu ( 3.699 INR ) heç 1 manatda etmir yəni ? O qədər ucuzdu ? Köməy etsəniz çox sevinərəm.Ümumiyyətlə daha ucuz bir domain və hosting satan servislərdən hansını məsləhət görərdiniz ?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

BayBak (2017-05-30 22:42:49)
Salam. Haradan almağınızdan asılı olmayaraq .com zonasında domen standart 10 $ olmalıdır. 1-2 dollar yuxarı ola bilər, ya da 1-2 sent aşağı. Ancaq çox aşağı qiymətədirsə, bu artıq hansısa endirim kampaniyasının olması deməkdir (gələcəkdə kampaniya başınıza problem aça bilər). Godaddy dünyada yaxşı tanınmış olsa da, mənim orada xoşagəlməz təcrübələrim olub. Çox ucuz çox yaxşı demək deyil. Axı ödənişi ildə sadəcə 1 dəfə edirsiniz. Həm də alıcıları çox olduğundan suallara günlərlə cavab vermirdilər. Əgər domeni hostinqlə birlikdə alsanız bir az ucuz başa gələr. Misal üçün burada 33 $-lıq (ya da istənilən başqa) hostinq xidmətinə qoşulsanız domeni 7 $-a ala bilərsiniz: https://hostinq1.com/shared-services/standard/ Məsləhət: 1-2 dollar dalınca qaçmaqdansa, normal qiymətə normal qeydiyyatçıdan domen alın ki, bilmədiyiniz tələlərə düşməyəsiniz: Yeni Sayta Domen Adı Alarkən Bu 10 Tələni Bilək

Həsən (2017-05-25 19:50:46)
Godaddy bu işdə etibarlı şirkətdir. Lakin valyuta məzənnəsi zənn etdiyiniz kimi hesablanmır.