Web Checkout sistemi üçün hara müraciət etməliyik ?

Tutaqki mənim bir saytım var, oradaki hər hansısa bir xidmətdən yararlanmaq üçün, müştəri bank kartının məlumatlarını daxil edib Checkout etməlidir. Checkout edən zaman, vəsait mənim (şirkətin) bank hesabına köçməlidir. (visa,master-card,paypal) Bu Checkout sistemi üçün hara müraciət etməliyəm ? Bu mövzuda anlayışım heç yoxdur. Bu sistemi proqramçı özü yığmalıdır yoxsa

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2017-06-05 14:25:43)
dediyiniz sistemlər yerli e-commerce saytı üçün yaramır. 1. XİDMƏTDƏN yararlanmaq soruşulur sualda - deməli xarici gateway ilə olsa, 18% də ƏDV tutulacaq müştəridən. Ki bu nə alana nə də satana sərf etməyəcək. 2. Yerli e-commerce və ya payment qəbul edən şirkət/təsisat VÖEN açmadan bunu edirsə, sabah bir az populyarlıq qazanandan sonra başı ağrıya bilər, həm də çox pis ağrıya bilər. Çünki qanunda xarici və ya yerli gateway fərqi yoxdur, burda fəaliyyət göstərən biznesdirsə vergi verməlidir. Məsələn UBER Azərbaycan yox, Hollandiya POS-u isitfadə edir Bakıda. Amma vergi verir, verməmək də olmaz əgər iş ciddidirsə. (freelance, bir dəfəlik ödənişlər, kiçik şeylər hazırda təqib edilmir deyə dedikləriniz o seqmentdə keçərlidir , amma ciddi işlərdə yox). Tək yol o olar ki gərək biznesini, ofisini də daşıya xaricə, ordan bura sata. 3. Valyuta - xarici gateway olanda azn-usd-azn konvertasiyası olacaq və cəmdə 1-5% itki olacaq, ki bu da böyük rəqəmdir 0% itki ilə müqayisədə. və.s.

neo13 (2017-06-05 09:47:26)
https://www.paymentwall.com/tr/payment-methods/azerbaijan https://checkout.yandex.com/ https://www.2checkout.com/pricing/?source=az

E. Hacı (2017-06-01 12:13:53)
Hamısı APİ verir siz də inteqrasiya edirsiniz özünüz. Sualınız da olanda texniki dəstəklərindən soruşursuz. Öncə test kart filan verirlər ki, bununla ödəyin, hər şey düzdürsə test rejimini söndürün aktivləşdirin. SSL-i məncə Millicard tövsiyyə edir, dəqiq bilmirəm, Azericard, Portmanat isə etmir. Çünki onsuz da ödəniş onlar tərəfdə baş verir sonra callback qayıdır sizin sayta (Paypal kimi) Belə də ki, SSL indi vacibdir, ödəniş olsa da olmasa da qoşmalısız sayta. SEO-ya filan ciddi təsiri var.

Hasan0208 (2017-06-01 09:10:45)
aha aydındır. İlk 4lük məndən SSL sertifikat tələb edə bilər ? Bu sadalananlar api verirlər yoxsa sistemə integrasiya edirlər funksiyanı ?

E. Hacı (2017-05-31 22:54:49)
Hazırda 5 əsas servis var bu sahədə. 1. Azericard 2. Millicard 3. Goldenpay(Millicard üzərində işləyir) 4. Pashabank 5. Portmanat Card (Pashabank üzərində işləyir. Bir neçə gün əvvəl açıldı, Portmanat Code ilə qarışdırmayaq, o ayrı servisdir bu ayrı) 6. Bir neçə başqa bankın da oxşar xidməti var, amma yayğın deyillər. Hansına istəsəz müraciət edə bilərsiniz. İlk 4 dənəsi sizdən sahibkar rekvizitləri, bank hesabı istəyəcək, yəni fiziki şəxs kimi VÖEN. VÖEN olmadan, yəni rəsmi sahibkar qeydiyyatl olmadan olmur bu işlər. Portmanatı isə bilmirəm, özlərindən soruşa bilərsiniz ki onlar da VÖEN tələb edir, yoxsa vergini sizdən tutub öz adlarından ödəyə bilərlər, sizə də yerdə qalan məbləği adi vətəndaş hesabına köçürə bilərlərmi deyə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kəsilən 40 dollar

Ukraynada yaşayan bir şəxsə online olaraq necə pul göndərə bilərəm?

online ödəniş etmək üçün plastik kart

Odenis sistemi

Ebayda kartın blokdan çıxarılması

İşıq pulunu internet vasitəsilə ödəmək