WordPressdə axtarış azərbaycan hərflərinin ingilis hərflərinə inteqrasiyası

Wordpress sayt işlədirəm.Axtarış edəndə azərbaycan şrifti ilə ingilis şrifti arasında fərq olur.Content azərbaycan dilində olan postu ingilis hərfi ilə axtarışa yazanda tapmır ya da tərsinə. Bu problemi necə aradan qaldırmaq olar.Demək olar ki, bütün problemləri özüm həll edə bilmişəm indiyə kimi bircə bu.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Cavid Mirzeyev (2017-06-01 20:33:08)
Cavablandırdığınız üçün təşəkkürlər.Ümumi həll yolu tapmasam dediyiniz ideyadan yararlanacam.

E. Hacı (2017-05-31 10:04:13)
Yəni məsələn "xeber"=>"xəbər" kimi? Bunun WordPress ilə hər hansı əlaqəsi yoxdur, bu sırf Azərbaycan internetinin ciddi problemi olan öz əlifbası ilə yazmamaq problemidir. Qısa həll kimi onu görmək olar ki, 1. 2 array yaratmaq birincisi yanlış ola biləcək əsas populyar sözlər, ikincisi də onların düzgün yazılışından ibarət iki array. məsələn tutaq ki hərəsində 50 söz. 2. pre_get_posts hook-unda query->set edərək əgər axtarılan söz birinci array-da varsa query->set("s",ikinci_array_daki_evezleyici); vermək. Vəssalam. Sadəcə bu realizasiyanı etmək üçün PHP proqramlaşdırma və bir də WordPress hook-larından bir qədər məlumatlı olmaq lazımdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPressde Azerbaijan srifti

WordPress-də qeydiyyat problemi

WordPresslə saytı Bloggerə köçürmək

Giriş və qeydiyyat formu hazırlanması

WordPress-də “HTTP ERROR 500” xətası

WordPress manual installation