1 aylıq hosting almaq

Salam. Mən hostgator və bluehost saytlarından 1 aylıq hosting almaq istəyirəm və pulu hər ay ödəmək istəyirəm. Bu saytlarda hosting aylıq 3.95$ yazılıb amma sifariş vermək istəyəndə 36 aylıq paketi 3.95$ a təqdim edir. 1 aylıq olanlar isə 14$ olur. Mən necə edə bilərəmki 1 aylıq hostingi 4$ a alım.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

F.A.I.O (2017-10-09 20:29:33)
https://www.000webhost.com/1012693.html bunu yoxla

Seo Mullimi (2017-06-16 16:34:33)
Qiymət baxımından demək olar ki ən ucuz godaddy dir. Burdan Ekonom planını seçin və sifariş səhifəsinə endirim kodunu daxil edin. Endirim kodunu əldə etmək üçün isə internetdə godaddy hosting coupon, prome code kimi açar sözlər ilə axtarış edin. Beləliklə siz 12 dollara 1 illlik hosting əldə etmiş olursunuz. Keyfiyyət baxımından orta səviyyədədir. Yeni saytlar üçün kifayət edir amma vacib yaxud yüksək trafikli saytları shared hostingdə saxlamağınız məsləhət deyil. Wordpress istifadə edirsizsə wordpress üçün optimallaşdırılmış Managed Wordpress Hosting planını seçə bilərsiz. Özüm kiçik saytlar üçün istifadə edirəm. Wordpress hostingidə eyni qiymətə almaq olur.

Behruz7 (2017-06-15 21:47:38)
Cavabınız üçün təşəkkür edirəm. Yaxşı, bəs mən onda 1 ay üçün 14$ pul ödəməyimi tövsiyyə edirsiz yoxsa başqa hostingerdən alım. Məsələn siz saytınız üçün hansı hostingdən alırsınız və neçə aylıq? Hansı hostinger tövsiyyə edərsiniz mənə? Yəni ümumiyyətlə 1 aylıq hostingə 14$ pul verməyə dəyər?

E. Hacı (2017-06-15 18:26:55)
heç cür. elə qiymət yazmaqları marketinq tələsidir. topdan satış qiyməti yazırlar cəlbedici olsun. 1 aylıq alanda baha olur. 1 illik alanda nisbətən ucuz. 3 illik alanda isə ən ucuz. əksər hostinq şirkətləri eyni metodu tətbiq edir, müştəri tutmaq üçün

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

vk.com-un video hostinginden qazanc

Hostinq seçimində kömək

Webhostingworld.net saytında login problemi

Web server necə yaradım

Hosting satan sayt üçün Billing panel

ipage hosting haqqında