Youtube qapanan kanal acmaq

Evvela salam mənim youtube kanalim disslikeya görə baglandi məndə onu geri almaq üçün bawqa hesabla muraciet elədim Ve muraciet elediyim hesabda baglandi yeni 1 hesabim deaktivdi digeri isə hecneden baglanib onlari necə geri almaq olar? xaiw edirəm kim bilirse kömək elesin

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Aqa1 (2017-06-23 01:28:30)
He tewekkur edirem melumatdariniza gore.

Seo Mullimi (2017-06-21 19:04:30)
Sizin qeyd etdiyiniz kimi başlıqla əlaqəsi olmayan, aldadıcı, trafik cəlb etmək üçün yüklənən video materiallar birbaşa aldadıcı məzmun - spam olaraq qəbul edilir. Videonuza dislike qoyanlar həm də şikayət edib Google a bildiriblərsə xəbardarlıq etmədən gmail hesabınızı da bağlaya bilirlər. Xususən də son vaxtlarda iri reklam verənlər belə videolara görə reklamlarını geri götürdükləri üçün Google artıq bu məsələyə daha ciddi yanaşır. Etiraz edilən hesaba gəldikdə isə əgər etiraz edib, etirazınızın əsaslı olduğuna inandıra bilməsəz, ikinci hesabında aldatmağa cəhd göstərməsi kimi dəyərləndirilib bağlana bilir. Yəni ikinci hesabda dəqiq etiraza görə bağlanıbsa, çox gümanki etirazının əsaslı olmaması halında geri qaytarmaq mümkün olmayacaq. Bir daha etiraz etsəz, lazımsız bir hesabla etməyiniz bağlanma ehtimalına qarşı yaxşı seçim olar.

Aqa1 (2017-06-21 01:50:48)
Evvela buqeder weyi yazib meni aydinlatdiginiz ucun tewekkur edirem. Eger telif haqqinda deyirsinizse xeyr telif zad gelmemiwdi. kanalimin xowlarina gelmediyine geldikde ise xeyr sadece izlenme yigmaqcun bir video yuklemiwdim. O xeberde real weylernen hec elaqesi yoxuydu ona gorede disslike atmaglarin normal qarwilayiram ammaki gerek youtube kanalimi qapamadan evvel xebardarliq etmeliydi. Kanali eybiyox Bes hecolmasa etiraz etdiyim hesabi geri almaq olarmi?

Seo Mullimi (2017-06-20 23:19:52)
Əvvəla kanalın bağlanma səbəbini tam aydınlaşdırmaq lazımdır. Sizin qeyd etdiyiniz kimi dislike a görə bağlanıbsa bu dislikelar istifadəçilər tərəfindən qoyulub yoxsa kimsə kanalınızı bağlamaq üçün illegal yollardan istifadə edib. Əgər real istifadəçilər tərəfindən qoyulubsa deməli kanalınız bəyənilmir və açdırmaq çətin məsələdir. Kimsə illegal yollardan kanalınızı bağladıbsa formu dolduraraq bunu aydın bir şəkildə izah etmək lazımdır. (bəzi sənədlərin şəklini çəkib göndərməyinizi tələb edə bilərlər) Əgər sizin kanalda youtube qaydalarına zid video materiallar varsa yaxud doğurdanda müəllif hüquqlarının pozuntusuna yol verilibsə heç vaxt sərf etməyə dəyməz. Belə halda etiraz edilən hesablarda bağlana bilir.

Aqa1 (2017-06-20 21:28:37)
He saol qaqaw tewekkur edirem

Maqa (2017-06-20 18:25:25)
Əgər bloklanıbsa hesab o zaman o səhifədə forum var o forumu doldurub göndərin dəstək xidmətinə bu problem məndə 6 aydır davam edir. Çox az ehtimal ki açarlar

Behruz7 (2017-06-20 14:19:00)
Əgər başqa hesabla müraciət etdikdən sonra o da bağlanıbsa, onda kanalın açılmağı müşkül məsələdir. İnanmıram ki, kanalı geri açsınlar