chrome-da öz özünə səhifələr açılır.saytlara girir.

salam hərkəsə.məndə chrome -da öz-özünə yeni səhifə açılır tez -tez.hətta chrome-da olmuyanda belə.reklam tipli səhifələr tez tez görürəm.necə düzəldim bunu?.nəyəsə klik edirəm başqa səhifə açılır

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Sahmar.M (2017-07-01 21:28:04)
Windows+R düymələrini birlikdə sıxın. Açılan Pəncərəyə AppData daha sonra: Local qovluğuna daxil olun sonra da hansı browser işlədirsiz onun adı yazılan yerə daxil olun. Sizdə Chrome-dirsə Google -yə olun. Orada Chrome qovluğunun içindəki User Data yazılan qovluğu silin. Bu zaman nə qədər reklam və ya girdiyiniz səyfələr var idisə hamısı silinir və Chromeni yenidən başladanda sıfırda açılr. Sonra yuxarıda sağdakı yerdən Ayarlara girin, daha sonra Gelişmiş ayarlar. En alta gəlin orda sıfırla var onu vurun sıfırlansın. Mən belə etdim hələ ki reklam və səyfələr gəlmiyib.

Azad (2017-06-26 01:16:22)
çox sağolun cavablara görə.dediklərinizi elədim.reklamlar yoxa çıxdı.amma chrome bağlı dı sonra durduğu yerdə chrome açılır öz özünə eyni veb səhifəyə girir.

Sahmar.M (2017-06-23 23:06:21)
Mən də Notebook-da chrome belə olmuşdu. Bezmişdim lap. Sildim yenidən yüklədim daha reklam gəmədi. Yoxlayın

selef (2017-06-23 17:37:57)
Malwarebytes proqram var onu yükleyin. Yoxlayın

Behruz7 (2017-06-23 09:08:06)
CCLeaner ilə pc ni təmizləyin, chrome da sizə naməlum olan məlumatları, əlavələri silin, brauzer keşini təmizləyin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Reklam trafaret maşını

Saytı reklam etmək

Adsense popup reklamına icazə

Saytlarda reklam qiymətləri

Chrome-da reklamlar çıxır

Ebay reklamları