Hansı forum sistemini qurmalıyam?

Saytın forum sistemi qurulacaq. Hansı forum sistemini seçmək arasında qalmışam. Əslində MyBB'ni test üçün qurdum, temanı tərcümə etdim və s. Amma sonra vBulletin'i test etdim və məncə çox daha funksionaldır. Yəni belə desək, vBulletin'i Wordpress kimi zənn etsək, MyBB yanında sanki DLE kimi görünür. Bir də Xenforo sistemi çıxıb yeni. Onu da tərifləyirlər.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

SahlarNiftaliyev (2017-06-24 03:23:33)
IPboard sanki eyni temadan başqa dizaynı yoxdur. Xenforo və IPboard arasında çox düşünmüşəm əslində. Sadəcə IPboard sanki bir forumdan çox daha artığıdır. Bizim isə saytın əsas hissəsi ana domen olduğu üçün, forum sadəcə olaraq sual-cavab və müzakirə üçün yaradılır. Yaşıl Elm (yasilelm.com) saytı üçün elmi sual-cavab forumu (forum.yasilelm.com) olacaq. Yəni sadəcə forum domeni açsaydıq IPboard haqda düşünmək olardı.

Seo Mullimi (2017-06-24 03:04:11)
Vbulletin əvvəllər çox istifadə edilirdi ancaq indi bəzi iri saytlar Xenforoya keçib. Səhv etmirəmsə elə Xenforunu da Vbulletinin köhnə işçiləri yazıb. İPB forum da çox istifadə edilən və pullu forumların ön sıralarında gəlir. Ümumilikdə bəhsi keçən pullu forumların hamısı funksiyonaldır və ehtiyyacları qarşılaya bilir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Aznetde forum acmaq

Vbulletin Azərbaycan dili paketi

Texno Portal açsam uğurlu olarmı ?

PHPBB3 forumu

Mybb forum sorunu

Phpbb3 forum subdomeində düzgen İşləmir