Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytda online ödəniş sistemi necə yerləşdirə bilərəm? (Alıcı kütləsi xarici vətəndaşlardır)

Salam. Mən 3d modelləşdirdiyim ve s. virtual məhsulları nece sata bilərəm? Qeyd edim ki, alıcı kütləsi xarici vətəndaşlardır. Hazir saytlarda yerləşdirmək istəmirəm cünki fiazlər yuksekdir bu mene serf etmir. Oz saytımda bu sistemi nece qura bilərəm ki, odəniş acaq mənə gəlsin? Təşəkkürlər öncədən!


Kateqoriya: Sual . , , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(14:31, 23/06/2017 ) #68895

Bu asan məsələ olsaydı hər kəs elə belə edərdi də, daha niyə başqasına faiz verirdi ki. Üstəlik o faiz götürən platformalar sizin üçün hər şeyi edir, texniki baxımdan. Nə server alırsız, nə download işinə, təhlükəsizliyə qayğı çəkirsiz, nə də başqa dərd. Üstəlik marketplace özü öz daxilində reklam edir sizin məhsulu.
Hər şey özünüzün olanda isə çox çətindir saytınızı reklam etmək. Qərb bazarında bir reklam kliki 5-10-15$a kimi çıxa bilir. (müqayisə üçün deyim ki, bizim location üzrə bu kliklərin birinin dəyəri 2-3 qəpikdir. 100lərlə dəfə bahadır qərb bazarında müştəri cəlbi). Google ilə isə sizi tapmaq çox çətindir. Çünki alternativ saytlar o keywordləri çoxdan tutub.
bir sözlə kifayət qədər çətin işdir.
Yerli ödəmə sistemlərindən birini qoşa bilərsiz. Amma xərci olacaq proqramlaşdırma hissəsinə. Üstəlik xarici vətəndaş tanımadığı bir ödəniş sistemi ilə ödəmək istəməyəcək.
Xarici sistem də qoşmaq olar.
Paypal bizdə işləmir.
İşləyənlər də çoxdur, 2checkout, paymentwall və.s. Amma onu da quraşdırmaqda, bank hesabına qoşmaqda və.s. əməllicə proqramlaşdırma işi var.
Üstəlik bu variantlarda da azı 5% gedəcək ora bura. Prosessinq haqqı, nəqdləşdirmə, bank haqqı, aylıq ödəniş(bəzilərində) və.s.

Ona görə də sizin üçün optimal həll o görünür ki məhz bu tip məhsulları satan marketlərdən istifadə edəsiniz. Yox, əgər öz saytınız olmasını istəyirsinizsə, xarici ödəniş sistemlərindən birini seçəsiniz, daha sonra təcrübəli proqramçı ilə anlaşıb işi ona gördürəsiniz. Seçiləcək e-commerce CMSdən və keyfiyyətfən asılı olaraq
xərci təxminən 2-3 min azn olar bu işin (məncə). Bu təkcə development. Daha sonra isə minlərlə dollar reklama xərcləmək lazım gələcək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:19, 23/06/2017 ) #68899

    Çox sağolun ətraflı izaha görə. Başa düşdüm. Bəs wix.com haqqında məlumatınız var? Sayt hazır şablonlar və üstəlik online market xidməti təklif edir. Biznes plana keçdikdə hazır ödəniş sistemidə qoşmaq olur. Bu saytin ximətlərindən istifadə etmək məsləhətdir sizcə? Cünki yuxarida sadaladiğiniz çətin yollar heleki mənim üçün uyğun deyil. Elə siz deyən kimi hazır platforma daha sərfəli imiş bu etapda.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:41, 24/06/2017 ) #68904

      Bu sahədə ən məşhur olan Shopify.com-dur. Sadəcə oradan gəliri çıxarmaq üçün mütləq paypal lazım olacaq sonda.
      Wix gəliri daha çox yolla verir, birbaşa karta da göndərə bilir deyəsən. Ümumən Wix yaxşı xidmətdir, aylıq qiyməti sərf edirsə, məsləhətdir.
      Amma…
      Tək amma odur ki, bu da öz yolunuzla getmək seçimidir də, Shopify və Wix. Yəni burada da özünüz satmış olacaqsınız, kiməsə faiz verməyəcəksiz (mağazanın 2-3% prosessinq faizi xaric).
      Yəni burada proqramlaşdırma, təhlükəsizlik və.s. xərclərdən azad olsanız da, reklam işi olmayacaq. Yəni wix və shopify-da mağaza yaratdınız, bəs sonra? müştəriləri ora cəlb etmək üçün planınız varmı? əgər varsa əla, bu seçim optimaldır sizin üçün.

      əgər yoxdursa o halda öz mağazanızdansa turbosquid.com, envato 3docean və.s.-ə yerləşdirib satmaq daha məsləhətlidir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:45, 24/06/2017 ) #68905

Çox yardımçı oldunuz. Ətraflı izahatınız üçün təşəkkür edirəm!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Emil- cavab verdi - Youtube Dünyaya pulu necə çatdırır? (4 saat əvvəl)

neo13 cavab verdi - Paypal hesabıma pul göndərmək (10 saat əvvəl)

E. Hacı cavab verdi - Youtube Dünyaya pulu necə çatdırır? (15 saat əvvəl)

Ramazan cavab verdi - Skrill- Dəki Iban Swift Nə üçündü?kartımı əlavə etmək istəyrəm (15 saat əvvəl)

Ramazan cavab verdi - Shutterstock-dan pulu necə çıxarırlar? (15 saat əvvəl)

webman cavab verdi - wp-admin gizlətmək (user üçün) (17 saat əvvəl)

Makaleli cavab verdi - Sayt axtarıram, tikinti işləri ilə bağlı (1 gün əvvəl)

E. Hacı cavab verdi - wp-admin gizlətmək (user üçün) (1 gün əvvəl)

E. Hacı cavab verdi - wp-admin gizlətmək (user üçün) (1 gün əvvəl)

Emin95 cavab verdi - Xiaomi redmi s2 ilə video zəng necə olunur. (1 gün əvvəl)

webman cavab verdi - wp-admin gizlətmək (user üçün) (1 gün əvvəl)

E. Hacı cavab verdi - Poştdan telefonu necə götürüm (1 gün əvvəl)

Emil114 cavab verdi - Krosna çanaq ayarlari (1 gün əvvəl)

Emil114 cavab verdi - Mal Azbak'da ilişib (1 gün əvvəl)

Emil114 cavab verdi - bir telefon nomresine neçe modem qosula biler? (1 gün əvvəl)

E. Hacı - 584 xal

Software Developer - 579 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 417 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Bextiyar Azeroglu - 218 xal

Sistemə daxil olmuş 20105 sualdan 94%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2018