Hansı elektron pul kisəsi sərfəlidir?

Salamlar Demək olar ki əksər elektron pul kisəsi saytlarında qeydiyyatdan keçmişəm amma ki komisyon faizi olduqca çoxdur.Məsələn mənə lazımdır ki elektron pul kisəsindən kartıma (bank respublika kartı) pul göndərim az faizlə.Payeerdə məsələn 10 dollar karta göndərsək 4.89 dollar karta oturacaq.OkPay ondan da çox faiz tutur Skrill 7.5% komisyon haq tutur,webmoney isə deyəsən azərbaycanda işləmir Yandex Moneydə isə karta pul köçütrmək üçün veritifikasiya etməlisən amma yalnız rus vətəndaşı pasportları qəbul olunur Yəni hərəsinin bir problei var Mənə eləsi lazımdır ki visa karta pul göndərə bilim,bankomatdan nağdlaşdıra bilim və komisyon faiz az olsun Həm də Azərbaycandakı bankları dəstəkləsin Bəs siz hansı saytdan istifadə edirsiz?Əgər sərfəli bir sayt bilirsinizsə zəhmət olmasa mənə də deyin Əvvəlcədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

neo13 (2017-07-09 23:07:00)
Yandex money sərfəlidi. Öz kartiyla çixardanda nə qədər cixardirsan cixart 100 rubl tutur. Karta göndərəndə 60 rubl deyəsən..

Sahrab (2017-06-28 13:25:31)
Təşəkkürlər

E. Hacı (2017-06-28 13:24:33)
banklardan soruşa bilərsiniz. dəmirbank dəstəkləyir məsələn, 1-2 ay əvvəlin məlumatına görə.

Sahrab (2017-06-28 13:18:13)
Webmoney hasnı bank dəstəkləyir?

E. Hacı (2017-06-28 12:33:28)
Skrill - Swift ilə köçürəndə az tutur. 5.5 euro (nə qədər köçürməkdən asılı olmayaraq) Yandex Money - Tək Rusiya üçün deyil, Bakıda, Nərimanov metrosu tərəfdə verifikasiya edən partnyorları var, bir dəfə yaxınlaşırısız, sənəd təqdim edirsiz, və hazırdır. Webmoney - bir sıra banklarımız var ki, vebmoney dəstəkləyir. Araşdırmısız, amma yaxşı araşdırmamısız :) Əlaqə qeyd olaraq onu da deyim ki, məbləğ kiçik olanda heç bir servis sizə sərf etməz. Mümkün qədər böyük məbləğ çəkmək lazımdır bir dəfəyə. Məsəln hər 10-20$ qazananda onu karta köçürmək yox, gözləyib 100-200-300 və ya daha çox olanda köçürmək düzgündür. Heç olmasa 100$-ı keçməlidir ki, əlavə itkiniz olmasın.