İnternet kabeli haqqında

Salam. Kompyuter ilə internetə daxil olmaq üçün kompyuter prosessoru ilə routeri əlaqələndirən kabel metr ilə satılır? Mənə 25 metr lazımdır həmin kabeldən. Yəni ki həmin kabel, telefon kabeli kimi istənilən uzunluqda metr ilə satılır və yaxud da hazır həmin uzunluqda? Zəhmət olmasa bilənlər cavab yazın.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

selef (2017-07-05 22:47:38)
imkan varsa men sizin yerinizə olsaydım "powerline" alardım powerlayın nədi loru dildə desək 2 adapterdı toka taxırsan birini routerin yaninda birinidə tv yanında. tok xetti ilə internet gedir. aliexpressde ucuzdu - çütü 26-27 dollardan başlayır

Galaxy (2017-07-05 17:46:30)
Çox sağolun.

Galaxy (2017-07-05 17:45:39)
Kompyuter üçün olan kabel qısadır, routeri alanda üstündə olan kabeldən istifadə edirəm. Uzun kabel isə TV üçün lazımdır. Məncə nə qədər zəif olsa da WiFi məsafəsi problemindən yaxşı olar.:)

Galaxy (2017-07-05 17:41:29)
Çox sağolun, Allah razı olsun.

Baki1 (2017-07-05 06:45:48)
Salam Çalışın Çox Uzun Almayın Çünki İnternetin sürəti Zəifləyir Özüm İşlətmişəm deyə bilirəm

selef (2017-07-05 01:44:30)
https://www.youtube.com/watch?v=52-aeLw0_KA

selef (2017-07-05 01:31:58)
Bəli metrlə satılır - təzə bazardan ala bilərsiz əvvəl metrəsi 50 qəpik idi - indi ən azında 70-80 qəpik olar. neçə metr istəsəniz alıb düzəldə bilərsiz. dediyiniz kabel budur. 8 dənəli -------------------- amma onun başlıqını alib özünüz taxırsınız. 1 ədədi 20 qəpik ------------------ necə sıxılır 2 tərəfədə ------------------ bununla sıxırsan əgər sıxmaq üçün tapa bilməsən bu na bax https://www.youtube.com/watch?v=XM5KbMryguw