Windows hosting

Salam.. Asp.net və MsSQL olanda Windows hosting.Php MySql-də Linux məsləhət görülür. Proqramlaşdırma dili olaraq Asp.net MVC , Database isə MySql istifadə etsəm necə olacaq? Bunu nə kimi mənfi müsbət cəhəti olacaq?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Seo Mullimi (2017-07-06 01:47:26)
Windows hostinglər lisenziya haqlarına görə Linuxa nisbətən baha başa gəlir. Saytınız böyüdükdən sonra dedicated serverə keçmək istəsəz, həm Windows Server üçün həm də Mssql üçün ödəniş etməlisiz. İnternetdən qiymətləri ilə bağlı məlumat əldə edə bilərsiz. Mssqlin kiçik lahiyələr üçün Express versiyası da mövcuddur.

TaGi Asadullazadeh (2017-07-05 14:09:50)
Başa düşdüm.Bəs Qiymət fərqi necə olur? Asp.net və MsSql istifadə etsəm hosting qiyməti çox baha olacaq?

Seo Mullimi (2017-07-05 01:26:14)
Salam, Asp.net, Microsoft Sql Server və təbiki də visual studio bir biri ilə çox uyumlu, stabil, surətli işləiyirlər. Bundan başqa bu üçü developing müddətini qısaltmağa və asanlaşdırmağa da kömək edir. Əsas məsələ isə, Mysql server əsasən (Unix)Linux platforması üçün dizayn edilib və Linux ilə Windows üzərində performans, stabil işləməsi baxımından biraz fərq edir. Mssql isə əksinə Microsoft texnalogiyaları ilə tam uyğun və stabil işləməsi üçün dizayn edilib. Php + Mysql ikilisi də Windows üzərində Linuxa nisbətən daha zəif nəticə göstərir. Amma .Net Core versiyası artıq lınux üzərində də işləyir. Mütləq Asp.net istifadə etmək istəyirsizsə Linux üzərində Asp.net Core + Mysql yaxud Postgresql daha uyğun ola bilər.