broker və bukmeyker əməliyyatlarının alternativ ödenişi

salam, 2017 yanvar ayından xarici bukmeyker və broker saytlarına qoyulan pulda dövlət 18% götürəndə isə bildiyimə görə 10% vergi tutur. belə əməliyyatlar üçün alternativ yollar varmi hansıki faiz qat qat aşaği olsun, məsələn hansısa online pul kisələri və yaxud başqa yollari? məndə visa electron plastik karti var lakin əgər mən brokerə pul qoysam 700$in 150$ boş boşuna gedir heçbirşeyə göre. əgər kimsə belə işlə məşğuldursa mənə kömək etsin. təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Амман Алиев (2017-07-06 12:42:31)
kömək etdiyiniz üçün təşəkkür edirəm.

Амман Алиев (2017-07-06 12:40:23)
bəlkədə elədi. bizdə onsuz nə düz işləyirki vergidə düz işləsin

E. Hacı (2017-07-06 12:38:00)
qanunda deyir: "internet vasitəsi ilə elektron kitabların, musiqilərin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi və digər analoji iş və xidmətlər" göründüyü kimi broker filan burada yoxdur, sadəcə qanunu həyata keçirənlər "digər analoji iş və xidmətlər" hissəsini hazırki kimi improvizasiya ediblər. Qanunun linki http://www.taxes.gov.az/uploads/2017/PV/e-ticaret.pdf Bu haqda məlumat və yeniliklər http://www.taxes.gov.az/ xəbərlər bölməsi

Амман Алиев (2017-07-06 12:30:19)
aydindi. sizden bir şey daha soruşum, bilmirsiniz bu vergi haqqinda hansı sayta baxa bilərəm? bilmək istərdim hansi e pul kiselerine bu faiz cixilir ve yaxud eger bunu ləğv etsələr bilim

E. Hacı (2017-07-06 12:14:28)
bəli, hələ ki mümkün deyil. gözləmək lazımdır bəlkə düzəliş edələr qanuna.

Амман Алиев (2017-07-06 11:09:43)
duzdur raziyam. o gelir vergisi cox olkelerde var, amma qoyarken itirmek sef yazilib. mene bankda qiz dediki ola bilsinii bu qanunu aradan qaldirdilar evvelki kimi şikayətlər gelmir. menim 6 dənə elektron pul qabim var, 2 si elə yerlidi, lakin xaricilərin hansina pul qoyanda onuda gəlir mənbəyi sayirlar ve həmin ədv tuturlar. burda bu qanunu tətbiq edənlərin məntiqinin harda oldugunu başa duşursen. skrill, yandex money, e payments, web money, bunlarin hamisi sən demə gəlir mənbəyi imiw. qisaca deyirsizki o 18% qaçmaq mümkün deil?

E. Hacı (2017-07-06 11:00:26)
Anlayıram sizi. Treyd əməliyyatında +10 ya +15% özü belə böyük uğur sayılırkan ilk başdan treydə -18% itki ilə başlamaq faciədir, məntiqsizdir. Xeyir götürəndə tutmaq vacibdir, hər bir dövlətdə var, bizdə də 10% mənfəət vergisidir. Ki bu tam normal haldır. Amma yatırımdan tutmaları haqsızlıqdır. Əslində bu yanvardan bəri olan qanun xaricə edilən xidməti ödənişlərə tətbiq edilir, bilirsiz. Deməli ya qanunu tərtib edərkən treydinqi anlamayıb XİDMƏTLƏR kateqoriyasına qatıblar, ya da qanunda elə şey yoxdur, banklar özünü əziyyətə verib araşdırmaq istəməyib FİZİKİ məhsul üçün olmayan bütün ödənişləri basırlar gedir XİDMƏT adı ilə. Pulu ora qoymaq üçün yollar bayaq dediyim kimi məhduddur. Pis də olsa yaxşı da olsa qanun qanundur və banklar buna əməl edəcək. Deməli ya pulu xaricdən qazanıb xarici kartla ora yatırmaq olar, ya da bir dəfə özünüz Rusiyaya gedəndə cibinizdə və ya kartınızda bankomatdan çəkdiyiniz pulu ora yatırmaqla.

Амман Алиев (2017-07-06 10:04:36)
men brokere qoymaq isteyirem eslinde, broker rusiyanindi, yaniki men orda oturdugum yerde pul qazanmiyacamki, treyder olaraq orda tiyazi strateqiyalarnan uwlemelisen, oda bur nov iwdi, stressdi, asan deil orda pulnan proqnoz etmek. sadece mene esas ne lazimdi, ve xowum gelmir, pulu ora qoyandada goturuller 18% bu ki soyğunçuluqdur, heç olmasa ordan xeyir götürende tutsalar cəhənnəm. bəlkə bu adam orda heçnə qazanmayacaq. mənə əsas pulu ora qoyanda faiz çixilmasin, elə bir yol lazimdir, götürəndə onsuzda başqa pul kisələrinə qoyacam.

E. Hacı (2017-07-06 09:44:22)
Xeyr Azərbaycandan odeyirsizse tutulacaq. Başqa yolu yoxdur. Xaricdən gəliriniz olsa xarici bank kartiniz olsa , o halda Azərbaycan iştirakı olmadan odenis edirsiz deyə heç bir şey də tutmaz. Hə bir də deyim ki dünyanın əksər inkişaf etmiş ölkələrində də bu qanun var. Şəxsi fikrim isə odur ki , bukmeker üçün bu tutulma tam normal olsa da broker üçün , sadə investisiya uçün düzgün deyil. Çünki pul aktive yatırılır, satınalma deyil.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

adres tapmag

kredit götürmək

kargo yaxudda poçt ilə telefon gətirmək mümkündürmü ?

Paypalda dispute açmışam.Satıcı track informasıyanı daxil etməyib və mal da gəlib çıxmayıb

Vertalyot uçurtmaq

Camex ilə Acer.com alış-veriş ede bilerem?