Youtube kanalım bağlandı-Kömək edin çox xahiş edirəm

Salam mənim youtube kanalım vardı ümumi baxış sayı 1.756 000 abunə 2291 Mən burdan hər ay 80 dollar qazanırdım amma ayın 6-si günü bağladıar Çox xahiş edirəm mən bunu necə aça bilərəm yenidən çox vacibdir Xahiş edirəm kömək edin mesaj budur Sizə bildirmək istərdik ki, Birlik Təlimatlarımızın (https://www.youtube.com/t/community_guidelines) təkrar və ya kobud şəkildə pozulması hallarından dolayı SN MAX PRO YouTube hesabınız müvəqqəti olaraq qapadılmışdır. Nəzər saldıqdan sonra biz hesabınızdakı fəaliyyətin İcma üzrə Təlimatlarımızı pozduğunu aşkarladıq ki, bu da spam, fırıldaq vəya kommersiya baxımından saxta məzmunu qadağan edir (https://support.google.com/youtube/answer/2801973?hl=az). Qeyd edək ki, hər hansı başqa YouTube hesabına daxil olmağınız, malik olmağınızn və ya hesab yaratmağınız qadağandır. Hesabın ləğv edilməsi ilə bağlı ətraflı məlumat və Birlik Təlimatlarımızın necə icra edildiyi ilə bağlı ətraflı məlumat üçün lütfən, https://support.google.com/youtube/answer/2802168?hl=az ünvanında Yardım Mərkəzimizə daxil olun.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Maqa (2017-07-10 13:04:19)
bu problem 6 ay öncə mənim də başıma gəlib nə qədər məktub göndərmişəm heç bir şey olmadı. bağlı qaldı hesab

Sahrab (2017-07-08 18:01:37)
Çox sağolun inşallah açılar 3 illik əziyyətim vardı orda Daha mən heç nə göndərməyim youtubeyə?

E. Hacı (2017-07-08 17:46:05)
aha deməli artıq heç nə etmək olmaz. nə vaxtsa aça da bilərlər, heç açmaya da. bu cür davranmaları da başa düşüləndir. qəsdən belə anlaşıqsız, süründürməçi edirlər ki, qaydanı pozan bunun məsuliyyətini dərk etsin və bir daha etməsin. ilk gündən desələr ki açmayacağıq - adam işini biləcək yeni kanal açacaq. yazsa ki filan vaxt açacağıq - adam yenə işini biləcək və rahat gözləyəcək. bu isə onlara sərf etmir, onlar istəyir ki, qayda pozan maksimum dərk etsin ki, olmaz qayda pozmaq

Sahrab (2017-07-08 16:33:25)
Yazmışdım bu cür cavab gəlib Hello, Thank you for your account suspension appeal. We have decided to keep your account suspended based on our Community Guidelines and Terms of Service. Please visit http://www.youtube.com/t/community_guidelines for more information. Please do not respond to this email. Replies to this email will not be processed. Please refer to our Help Center for more information. Sincerely, The YouTube Team İkinci dəfə də yazmaq istədim olmur yəni bu cür məktub gəlir Hello, We have looked into your request and found that you have recently sent an appeal. Please wait for the result of your current appeal. If it has already been decided, please refer to that outcome. Note: You cannot appeal a second time. Sincerely, The YouTube Team

E. Hacı (2017-07-08 16:16:36)
məktubda linklər verilib, o linklərə keçid edərək rahatlıqla araşdıra, şikayət edə, şansınızın olub olmadığına əmin ola bilərsiniz. Əgər başqa yerlərdəb videonu götürüb istifadə etmisinizsə, təkrar edirəm, şans demək olar yoxdur. Yox əgər, doğurdan da 1-2 videoda təsadüfi pozuntu olubsa(şəxsən mən buna inanmıram, səmimi deyim), o halda oradakı linklərdən istifadə edib fikrinizi izah etməlisiz, ki məsələyə baxıla və haqlı olduğunuz halda güzəşt edilə.

Sahrab (2017-07-08 13:56:27)
Amma yazıb ki müvəqqəti blok olunub Özü də bu haqda youtubedə videolara baxdım əksər adamların da kanalını bağlayıblar və youtubeyə şikayət göndərdikdən sonra isə açıblar məndə isə açmırlar halbuki heç bir qayda poazuntusau etməmişəm Şəkillərdən videolar düzəltmişəm musiqiyə gəlincə isə NCS-dan istifadə etmişəm və videolarımın heç birində müəllif hüququ olmayıb olanda da həmin videonu özüm silmişəm Dəqiq səbəb yazmırlar ki nəyə görə bağlayıbar Vallah ədalətsizlikdir

E. Hacı (2017-07-08 13:52:35)
heç cür. qaydaları pozmusuz, düzgün olmayan yollardan istifadə etmisiz və bloklanıb. günahsızlığı isbat etmək olsaydı nəsə ümid olardı, amma sizin durumda bu da mümkün deyil, çünki fakt başqalarının videolarını icazəsiz istifadə etmisiniz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

doğru poçt indeksi ,yanlış ünvan.

piyada kecidi cerimesi

Gömrük İdman Qidalarını buraxırmı ?

Sifarişim iki gündür AZBAKDA qalıb.

telefon barede

Apple.com-dan sifariş