Web sayt üzərindən kartdan-karta pul köçürmək

Salamlar, Belə bir problem var, deməli Nümunə olaraq Mən 111111 nomrəli kartdan 222222 nomrəli karta müəyyən bir məbləği köçürmək istəyirəm. Amma bu köçürmə veb sayt üzərindən olmalıdır. Sayta login olmuş istifadəçi lazımı məbləği seçir və pulu 1-ci kartdan ikinci öz kartına yükləyir. bunun üçün hansı həll yollarını təklif edirsiniz?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

local (2017-07-09 09:14:37)
Açıqlayıcı cavab üçün təşəkkürlər Emin Bəy. Sağ olun.

E. Hacı (2017-07-08 16:24:04)
Salam. Hər şey o qədər sadə deyil. Kart dediyiniz - prosessinq mərkəzi - bank - prosessinq mərkəzi - bank deyə uzun keçidlərdən keçib işləyən prosesləri özündə ehtiva edir. Kartdan karta pul köçürməyin avtomatik olması üçün sizin prosessinq mərkəzinin APİ-lərindən istifadə imkanınız olmalıdır. Bu da asan məsələ deyil, çünki 1. Bizdə prosessinq mərkəzləri əsasən ödənişi hesabınıza qəbul etmək üçündür, buradan ora pul göndərmək üçün deyil. Kartdan karta transferi isə özləri xidmət kimi təklif edir, mobil banking, internet banking daxili xidmət kimi. 2. Vahid prosessinq mərkəzi mövcud deyil, elə mən bildiyim 6-7 prosessinq mərkəzi var (Azericard, Millicard, Epos, Pasha, Kapital, YapıKredi və.s.) - bunların da əksəri bir birinə kart to kart dəstəyi vermir, ancaq öz aralarında card to card işləyir. Ona görə də çətin məsələdir. Birbaşa qlobal həllərdən istifadə edib nəsə etmək olardı bəlkə də, amma onun üçün də itiriləcək faizlər, xaricdə təmsilçlik açmaqlar, ödənməli istifadə haqları və çətinliklər Azərbaycanda heç bir şirkət üçün əlverişli olmaz. Sizin durumda normal həll o olardı ki, sizin sayt elektron pulqabı funksiyasın daşıyardı, transfer etmək istəyən sizə ödəniş edir, siz də avtomatik o ödənişi swift yolu ilə(karta yox, kartın bağlı olduğu hesaba) internet bankingdən göndərəsiniz. - bu da çox xərci və hüquqi işləri olan çətin bir iş olar amma. Elə saydığım çətinliklərə görə bu işi görən yoxdur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ukash tam olaraq nədir?

Təqaüt kartına pul köcürmək olurmu?

Kartın Rekvizitleri (Bank Faizi)

RFID giriş kartını mobil telefona əlavə etmək

iTunes ödəniş

E-Payments kart sifaris vermisem gelmeliydi hansi ünvandan maraqlanim?