Sifariş-ucuzluq və vergi

Salam, mən telefon aksesuarları sifariş verib satışı ilə məşğul olmaq istəyirəm. Sadəcə belə bir sualım var ki, çoxlu sifariş verdikdə əlavə vergi ödəmək lazım gəlir. Bəs bu qədər vergi ödəməklə bərabər ucuz qiymətə satış təşkil edənlərin qazancı necə mümkün olur? adlarını çəkməyəcəm amma əsasən 28 Mayda olur bu mağazalar. + arenda, işçi pulu da verilir. Bunun daha rahat yolu var mı, bizim bilmədiyimiz? Özümüz gedib birbaşa Çin, Hong-Kongdanmı gətirməliyik? Bu barədə məlumatlı şəxslər vars zəhmət deyilsə məlumat verərdilər.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

neo13 (2017-07-20 05:18:43)
Topdan alirlar ona görə. Bulk price ilə each one price arasında kəskin fərq olur.

E. Hacı (2017-07-20 04:56:48)
Çox ucuza alırlar çünki. 28də dediyiniz mağazalar məsələn 10 azn-ə telefon kaburası satırsa, inanın ki o kaburanın ilk mənbədəki qiyməti uzağı 1 azn-dir. Bəli, səbəblər elə budur. - ən ucuz yerdən alınır, pərakəndə yox, topdan, ilk sexlərdən, mənbələrdən. O alverçilərin təchizatçıları malları özləri gətirir Çindən karqo ilə. - internetdə gördüyünüz xarici qiymətlər pərakəndə qiymətlərdir, bizdən ucuzdur bəli, amma topdan qiymətlər ondan da xeyli ucuzdur. Topdan satış internet saytları da var, alibaba.com kimi, böyük miqdarda sifariş vermək olur. Və ya özünüz gedib gətirməlisiniz, və ya gətirən təchizatçılarla anlaşmalısınız.