İnternetə girərkən balansımdan cixilir

Salam. İnternetdən istifadə zamanı bildiyimiz kimi internet paketi olmadığı təqdirdə bu bizim balansımizdan çıxır. Məsələn 1mb=0.40 azn. Bunun qarşısını almaq üçün xüsusi bir app var? Yoxsa bu ancaq operatorla bağlı bir məsələdir?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Anar96 (2017-07-30 16:13:19)
Təşəkkür edirəm.

E. Hacı (2017-07-26 11:32:42)
Sualın mətnini yanlılş yazmısız deyə sual yanlış anlaşılır. Siz yəqin ki, bunu nəzərdə tutmusunuz: "paketdən yox, balansdan çıxılma halını aşkar edə bilən, və ya qarşısını ala bilən app varmı?" - xeyr, bu özünüz də dediyiniz kimi, birbaşa operator tərəfdə hesablanan mexanizmdir, telefonda bu barədə heç bir informasiya olmur deyə hər hansı app bu barədə köməklik edə bilməz.

Maqa (2017-07-23 09:32:41)
sualı siz səhv qoymusuz 2 eyni cavab var və bu deməkdir ki səhv sizdədir bizdə yox

Anar96 (2017-07-22 00:20:33)
Sualımı başa düşmədiniz. Guya mən mobile data'nı söndürməyi bilmirem?!. Necə olur yandirmagi bacarıram amma söndürməyi yox)))

Maqa (2017-07-21 18:33:29)
qeyd olunduğu kimi mobil datanı bağlayın heç bir problem olmuyacaq

neo13 (2017-07-21 15:16:09)
Telefonu nastroykasindan interneti bagla yada operatorun müştəri xidmətlərinə yig və interneti bağlamasını xahiş et. başqa çıxış yolu yoxdu.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Parolu dəyişdirəndən sonra Internet tez tez itir

3g planşetlərdə mobil veri necə qurulur

Qonşunun telefon xətti ilə yeni internet

Sayta girişə məhdudiyyət qoymaq

komputer formatından sonra internet işləmir

Lenkeran internet