Yeni telefon yüngül isinir

Hamıya salam. Aliexpressdən Xiaomi redmi note 4 zakaz vermişdim. Bu gün gəldi. Telefonu açdım ilk tənzimləmələri etdim. 28% enerjisi var idi. Telefonda yüngül isinmə var. Bu normaldı? Qeyd edim ki telefonu enerjiyə taxmamış qızmışdı. Indi enerjiyə taxmışam necə var elədi hələki. Qarşıda ciddi problemlər çıxmaz ki?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Vilayetden Sehadete Kimi (2017-09-03 17:56:58)
salam. oyun oynayarken ve film izleyerken qizisirsa bu normaldir. butun yeni modellerde az-cox qizisma olur. qizisan telefon zaryatkanida tez itirir. yox eger telefonunun adi halda qizisirsa demek texniki problemi var. bu qizismani cpu suretini azltmaqla qismen aradan qaldira bilersiz. eger telefonunuzda root aciqdirsa root booster programni tapib yukleyin.

Sahmar.M (2017-08-13 21:55:36)
Yəni spor açmaqa ehtiyac yoxdu da hə?

vergi (2017-08-13 04:12:32)
Bu telefonlardan çox almışam. Təzə təzə qızır. Enerji tutumuna gəldikdə isə 4.5 saata o qədər enerjinin getməyi yüksək göstəricidir. Şəkil çəkib telefonu istifadə etməsəniz belə backgroundakı proqramları bağlamadığınız halda yaxşı nəticə əldə edə bilməzsiz. Backgorundu tam söndürün wifi mobil internet ve s. gecədən səhərə qədər 2-3% enerji geder

E. Hacı (2017-08-12 11:58:41)
normaldır. hər hansı anormallıq da olsa update gələndə düzələr.

Designer1 (2017-08-12 09:08:17)
Bu telefonlar 2 versiyada istehsal olunub. MKT Helio x20 və Snapdragon 625. Mediatek prosessorlu note 4-də isinmə və batareyanın boşalması daha çoxdu snapdragona görə. Hazırda havanın bu qədər isti olmasının da təsiri var.

Sahmar.M (2017-08-11 22:14:09)
Bayaq enerji yığandan sonra soyudu. İndi yaxşıdı. Amma indi başqa problemlə qarşılaşdım. Batareyası 4100 mah olmağına baxmayaraq sanki zəifdi. Heç işlətmədən 15 dəyqəyə 1% gedir. Bu gün qoydum enerjiyə 90% də görürdüm. Cəmi 5-6 şəkil çəkmişəm 4saat 30 dəyqəyə 16% enerji gedib.Telefona da hələ heç bir program yükləməmişəm. Bu normaldı?

E. Hacı (2017-08-11 16:19:26)
dərhal fikir bildirmək olmaz. bir az işlətdikdən sonra bilinəcək. elə hər daim isinmiş halda olarsa problem var deməkdir. yox əgər arabir qızırsa bu normaldır əksərən, çünki telefonda bəzən hansısa background process gedə bilər. battery manager-dən baxa bilərsiniz enerjini aparan hansı prosesdir. əgər anormal bir şey varsa orada görəcəksiniz.