Online Mağaza açma

Salam mən online mağaza açmaq istiyirəm bunun üçün nə etməliyəm kalı hardan almalıyam məsələn mənim saytımda paltar telefon satılacaq bunları hardan gətirə bilərəm paltarlar hardan sifariş verilir biri izah eliyə bilər online mağaza necə qurulur

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Omer_m_li (2017-08-26 00:49:57)
Oldu onda deyirsiz hələ sayt açmıyım mağaza açım son suallım olacaq mən özüm maşınla gedib seçib mal gətirə bilərəm?

vergi (2017-08-25 00:45:50)
Əgər siz bu işin "offline" tərəfini bilmirsinizsə bunu etməyə dəyməz. İlk öncə özünüzə tanışlarınıza xaricdən mallar gətirin öyrənin , təcrübə yığın. Yoxsa sifariş götürüb türk saylatından ve çin saytlarından məhsul alıb satan hədsiz sayda çoxdu. Oların arasında itib batmayasız deye çoxlu nəsə almalısız ki, poçt gömrük kargo barədə təcrübə toplayasız

Omer_m_li (2017-08-24 19:10:35)
Çox sağolun demək mən brendlərlə müqavilə imzalamalıyam anladım telefon gətirəndədə elədi? Bidə mən bu brendləri hardan tapa bilərəm

Hasan0208 (2017-08-24 17:46:14)
Salam. Malı hardan ala bilərəm deyəndəki ilk növbədə sizin firma vəya brend ilə müqaviləniz olmalıdır. Yəni bu satış müqavilə əsasında həyata keçməlidir. Yoxa bu illegal iş sayılar və axırı məhkəməyə çıxa bilər.

Şükür Hüseynov (2017-08-22 10:04:00)
Salam Mənim də çox ətraflı məlumatım yoxdur, ümid edirəm daha yaxşı bilən biri daha yaxşı cavab yazar. Online mağaza adi bir sayt açırsız, məhsulları orda təqdim edirsiz, müştərilər də sifariş edir, çatdırırsız. Ancaq sizə məsləhətim, online mağazadan əvvəl offline prosesləri öyrənsəz yaxşı olar ) Yəni ciddi işə başlamaq istəyirsinizsə, güclü məlumatınız olmalıdır. Məhsulları müxtəlif ölkələrdən ala bilərsiz, o sizdən asılıdır. Paltarlardan ən ucuzları Çin məhsulları olduğu üçün burada satılanlar çoxu Çin məhsullarıdır(Bildiyimə görə). Telefona gəldikdə müxtəlif ölkələrdən gətirə bilərsiz. Ən yaxşısı bu işdə ciddi təcrübəsi olan birinə müraciət edib tam ətraflı məlumat almaqdır. Çünki burda xırdalıq çoxdur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Notebook seçimi

Telefon mağazası açmaq üçün…

Xiaomi telefon

Noutbuk adapterindən xırıltılı səslər gəlir.

Bu kompyuter necədir? (KontaktHome)

Türk kitab mağazası