Lotoreya layihəsi

Salam. Mənim bir layihəm var. Azərlotoreyanın lotosuna oxşardı ama adi lotodan tamamiylə fərqli birşeydi. Dediyim loto sadəcə birdəfə olacaq və bilet üzərində sadəcə 3 rəqəm oalcaq. Başqa birşey olmayacaq. İndi mənə maraqlı olan şey mən bunu Azərlotoreya ilə çalışım edim yoxsa fərdi olaraq mmc adı alıb bu işi tək özüm edim? Zəhmət olmasa bu sahədə biliyi olan varsa mənə bildirsin. Birdə əgər bunu tək görəcəyəmsə mənə hansı icazə sənədləri lizensiya vəs lazımdı?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2017-08-30 10:57:12)
Stimullaşdırıcı kampaniya ilə lotereyanı qarışıq salmaq olmaz. Birində biznes model satışdır, pul satışdan gəlir, hər hansı uduşlu aksiya keçirirsiz, ondan pul qazanmırsız, onu sadəcə daha çox satmaq üçün keçirirsiz - bu halda bu lotereya sayılmır. Çünki lotereyada gəlir şansın satışından olur, yəni şansı pula satırsız. İkisinin qarışığın edib guya məhsul satmaq adı ilə əslində şans satsanız, məhsul formal bir şey olsa - bu yenə qanun pozuntusu olacaq. Çünki dediyim kimi təməl məntiq ayrıdır, birində daha çox mal satmaq üçün uduş keçirirsiz(marketlərdə keçirilən 50 aznlik mal al, avtomobil ud filan kimi aksiyalar), uduşlu kampaniyanın özündən pul qazanmırsız, əksinə ititirsiz, ki məhsul satışı artsın oradan qazanasınız. Digərində də dediyim kimi, şansı pula satırsız, pul toplanır, sonra toplanan pulun bir qismini uduş kimi verirsiz (loto, mərc və.s. oyunlar) Istənilən halda belə bir biznesə başlamaq istəsəniz, öncə hüquqşunas ilə görüşün dəqiqləşdirin hər şeyi.

icco (2017-08-29 21:25:59)
Hacı bəs online satış saytında bu tip müsabiqələr keçirtəsək yenədə qumar tipli sayılır? Məsələn istfadəçilərə kiçik məbləğ qarşılıqında müsabiqəyə qatılıma icazə versək və müsabiqə sonunda toplanan məbləğin qarşılıqında bir vəy a birneçə nəfərə məişət əşyası (kombi, kondisoner vəya digər əşyalar) hədiyə etsək. Yəni burda məqsədim həm vətədanşlar imkanı zəif insanlar bu müsabiqədən yaralanacaq həmdə şirkətin məhulu satılacaq

icco (2017-08-25 15:43:50)
Təşəkkür edirəm cavabınız üçün.

vergi (2017-08-25 13:40:07)
Mashllah. Her shey barede melumatiniz var

E. Hacı (2017-08-25 12:01:47)
Fərdi olaraq icazə yoxdur. Qumar tipli şeylər bizdə qanunvericiliklə tənzimlənir və yalnız bir MMC-yə verilir. Mahiyyətində lotereya prinsipi varsa, Azerlotereya ilə əməkdaşlıq məcburidir, tək etmək olmaz. Mahiyyətində proqnoz, mərc varsa, Azerinteltek MMC (Topaz ) ilə əməkdaşlıqdan başqa yol yoxdur.