Adsense və DəmirBank…

Salam. Dəyərli, Cavablar.net userleri, aranızda "Adsense" qazancını son bir neçə ayda DəmirBank vasitəsilə alanınız varmı?... Demək, bir müddət əvvəl "DəmirBank"dakı rekvizitlərimizi Adsense panelinə qeyd etmişik. Pul banka gəlib, bir neçə gündən sonra isə geri qayıdıb. Bankdan bildirildi ki, problemsiz ödəmə almaq üçün Adsense panelinə onların correspondent bank (Raiffeisen Zentralbak Oesterreich) rekvizitlərini də qeyd edək. Növbəti dəfə verdikləri correspondent bank rekvizitlərini də qeyd etdik. Bu dəfə də pul gəldi və 2-3 günə karta oturacaq dedilər. Pul təxminən 15-20 hesabda qaldıqdan sonra, yenidən geri qayıtdı... Bu dəfə də bankdan hesab rekvizitlərində hər hansı yanlışlıq ola biləcəyini qeyd etdilər. Yenidən verdikləri correspondent bankın rekviztlərində əvvəl verdikləri hesabla müqayisədə Correspondent Account-un əvvəlində sadəcə bir 0 rəqəmi fərqi var. Yəni, əvvəlcə Coresspondent Account: 70-55.050751 idisə, indikində kod 070-lə başlayır... Sizcə, sadəcə coresspondent account kodundakı 0 fərqi, hansı ki əvvəlki kodu da özləri təqdim etmişdilər, pulun 15-20 gün hesabda qaldıqdan sonra geri qayıtmasına səbəb ola bilərmi?... Bir də problemdə bir az şübhəli məqam, Adsense paneldə correspondent bankın Amerika fəaliyyəti ilə ilgili tələb qeydi olmasındadır... DəmirBankın correspondent bankı Raiffeisen Zentralbak Oesterreich isə Avstriya mənşəli bir bankdır. Lakin nəhəng qurumdur. Raiffeisen Zentralbak Oesterreich correspondent rekvizitlərini Adsense panelə daxil etdikdə, hər hansı problem falan yaratmadı, normal qəbul olundu... Yeni verdikləri sadəcə 0 fərqi olan correspondent account hesabını hələlik daxil etməmişik ki, hər dəfə göndər-qaytar problemi qarşı tərəfdə etibarsızlıq yarada bilər... Sizcə, məsələnin rahat həlli nədədir?... Cavabınız üçün öncədən təşəkkürlər!...

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Jurnalist (2017-09-24 15:31:50)
Problem həll olundu. Böyük ehtimalla, bank hesab bilgilərinin yenilənməsi ayın 15-dən sonra olduğu üçün göndərim köhnə hesaba gedibmiş...

Jurnalist (2017-09-04 21:17:55)
Təkrar Salam. Vaxt məhdudiyyətinə görə, məsələni araşdırmamışdım. Bu gün Adsense panelində görürəm ki, vasitəçi bankın (xarici müxbir bank) qeyd edilməli olan rekvizitləri yalnız adı və SWIFT BIC kodu imiş, correspondent account üçün isə hər hansı tələb və yer irəli sürülməyib. Yəni, correspondent accountda bir 0 rəqəmi fərqini düşünməyim əbəsmiş... Adsense paneldə vasitəçi bankın ad və SWIFT kod xanalarından sonra isə, "FFC veya FBO (bankanıza sorun) Bankanız For Further Credit (FFC) veya For Benefit Of (FBO) gerektiriyorsa talimatları tam olarak bankanızın belirttiği şekilde ekleyin." qeydləri yer alır ki, bu bəndi tam olaraq anlamadım. İş saatı olmadığından bankla da məsələni müzakirə edə bilmədim... Bu arada yenə "Banka havaleniz bir aracı banka yoluyla yapılıyorsa bankanın ABD'de bulunuyor olması gerekir." ifadəsi fikrimi qarışdırdı... Google yardım formunda isə oxşar mövzuya rastladım. Bir ekspert yazırdı ki, bəzi banklar pul köçürmələrini transfer hovuzlarında həddindən artıq çox saxlayırlar, müvafiq hesaba qoymurlar, bu səbəbdən də, pul geri qayıdırmış...

E. Hacı (2017-08-29 21:23:06)
Hər şey düzdürsə bu dəfə gələr ümid edirəm. Bəs niyə dərhal götürmürsüz ki pul gələndə. köçürmədən sonra uzağı 2 günə pul oturur normalda. Və dərhal da götürmək lazımdır. 2 gündən çox çəkdisə deməli nəsə problem var

Jurnalist (2017-08-29 15:20:26)
Öncə, ilginiz üçün təşəkkürlər, Elvin bəy!... "DəmirBank" dakı kartımız USD ayarlıdır. Adsense hesabında da valyutanı USD olaraq qeyd etmişik. Raiffeisen Zentralbak Oesterreich qeyd etdiyim kimi, Avstriya bankı olduğundan pulun yenidən geri qayıtma ehtimalı varmı, sizcə?...

E. Hacı (2017-08-29 14:53:17)
Salam. adsense-də hesab euro olanda avstriya filan bankı olur orta bank, bəli. hesab usd olanda amerikan bankı olur adətən. Bank Respublikada və 1-2 başqa bankda bunu birdəfə düz edirlər adətən, ilk dəfə rekvizit istəyəndə vərəqdə hamısı olur, rəqəm səhvi olmadan. Və hər şey bir dəfəyə alınır. Belə görünür ki, Dəmirbank işçisinin yanlışıdır səbəbin kökü. Ən son rəqəminədək hər şey doğru olmalıdır bəli.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amazon.com-dan Azərbaycana çatdırıma

Skrill verification

Əsgərlik  haqda

ebaydan gelen alışqan

Əsgərlik göz zəifliyi

Amerikadan sifarish