Peşə məktəbi

Birçoxları yenə ielts’i məsləhət görəcək ancaq şərtlər buna imkan vermir. sadəcə bir şans var, bakıda doğru düzgün peşə təhsili almaq. gələcəyi parlaq, maaşı normal olan hansı peşə ixtisasını və peşə məktəbini məsləhət görərdiz?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Loser2 (2017-09-20 14:46:23)
haklısınız əlbəttə ki, ancaq günümüzdə stabil ixtisas çox azdır sadəcə it sahəsində digərlərinə nisbətən daha parlaq gələcək görünür. Bu sahəyə həvəsim böyükdür və bu sahə üzrə peşə məktəblərində oxuya biləcəyim 2 ixtisası görürəm. 1 - Komputer üzrə operator. 2 - mühasib – fərdi komputer operatoru. Bir neçə tanışlarım 1-ci ixtisası məsləhət görür, digərləri də deyir ki 1-ci ixtisas üzrə əsasən xanımlara üstünlük verilir oğlanlar üçün 2-ci ixtisas yaxşıdır deyirlər. Bundan əlavə bilmirəm ki seçdiyim ixtisas üzrə hansı peşə məktəbi daha idealdır.

neo13 (2017-09-17 21:49:14)
mən birnecə dəfə təhsil nazirinin gəldiyi pilot peşə litseyini bitirmişəm. peşə litseyini ümumiyyətlə məsləhət görmürəm. ən yaxşısı belə avara xanadı. bizim litseydə bidənə aşpazlıq və bərbərliyi bidamcı yaxşı keçirdilər. get 9 un şəhadətnaməsiylə kollecə ver peşəyə yox.

Maqa (2017-09-17 11:11:39)
məktəb deyəndə peşə məktəbləri o qədərdir ancaq sistem birdir. Qaldı ki seçimi siz etməlisiniz özümdən misal çəkim hazırda ofis işləri ilə çox yaxından maraqlanıram və bu işi sevirəm ancaq sabah mənim tələbatımı ödəməyə bilər. yəni gəlirli iş deyil ancaq sevə sevə edirəm bu işi) deməyim odur ki hansı sahəni sevirsinizsə onu seçin. Yalannan tutalım getdiz sevmədiyiniz bir peşəni seçdiniz. sabahsı gün o peşəni necə maraqla öyrənəcəksniz pulu çoxdur deyə?? İş insanı sevmir insan işini sevməlidir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Azəripoçt rüsümda əlillərə güzəşt var?

English Dili Kursları

Diplomlarımızın nüfuz dairəsi

Skrill hesabımı qeydiyyatdan keçirə bilmirəm.

Amazon.com-dan Azərbaycana çatdırıma

Ştuçnu siqaret