“Kompüterlərin tətbiqi nəzəriyyəsinin əsasları” nədir belə?

Salam. AzTU'da 2ci kursam, belə bir dərs var. Hər kəsi çaş-baş qoyan odur ki, oxumaq üçün bir mənbə tapmırıq. * Müəllim yazdırdıqları da ki, ancaq "İnformasiya cəmiyyətində yaşayırıq" "İnformasiya Qloballaşan cəmiyyət" və s kimi boş sözlərdir ancaq :/ Oxumaq üçün də pdf-i və imtahan suallarını vermir. * Araşdırdıqda heç bir ədəbiyyatda bu fənnin məqsədi, mövzuları haqda dəqiq bir şey çıxmır . Təkcə "Digital Design and Computer Architecture" adlı bir kitab tapmışam ki, məllimin "danışdıqları" ilə heç bir əlaqəsi yoxdur. Kİmsə bu fənnin əslində nə olduğunu, nə oxumalı olduğumu bilir? :)

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

maxxam (2017-09-30 01:58:57)
İş orasindadirki - bu problemi heç rektorunuzda həll edə bilməz. Yuxaridan tapşırıblar - belə fənn olsun .Bu fənni götürən müəllim isə dediyiniz sahəni araşdırmayıb - ona görədə ağzına gəlini danışır . P.S http://www.kultura.az/news/20121225112552861

E. Hacı (2017-09-29 18:15:50)
Bunu ən yaxşı müəllimin özü bilməlidir. Hər bir mühazirəçinin borcudur ki, tələbələrə ədəbiyyat siyahısı verə. Mühazirəçi dərsi imla kimi yazdırmalı deyil, sadəcə əsas şeyləri izah etməli, tələbələr qeydlər aparmalı, qalan şeyləri isə ədəbiyyat verməlidir ki oradan oxuyun. Bizdə mühazirədə müəllimlər 80 dəqiqə imla oxuyur, tələbə də yazır. Amma belə olan halda belə tələbə müəllimdən ədəbiyyat istəməlidir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Universitet imtahani

Onlayn Excell dərsləri

Yerli virtual olaraq dost tapmaq platforması

IT mütəxəssisi hazırlayan kurs lazımdır