Sıfırdan web sayt hazırlamaq

Salam, bir proyektim var, sayt yaratmağla bağlı. İndi proqramlaşdırma dillərini öyrənib istədiyim saytı yaratmaq istəyirəm. İlk öncə HTML sonra CSSi öyrənib işləməyə başladım. Bundan öncə şablonlar üzərində işləmişdim. HTML və CSSi öyrənəndən sonra özüm istədiyim formada sayt yarada bildim, lakin aydındır ki, bunlarla mümkün deyil. bunlar çox sadədir. indi ciddi şəkildə phpni öyrənməyə başlamışam. Soruşmaq istərdim ki, özüm istədiyim saytı qurmaqçün təkcə phpni öyrənmək yetəcək yoxsa yenə başqa nəsə öyrənməliyəm? Photoshop biliyim var, HTML və CSSdə sərbəst işləyə bilirəm. hardasa iki ilim hobbi kimi şablonların üstündə işləməklə keçib, yəni bu sahəni dərk edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Babək Əsgərov (2017-09-26 21:04:42)
Təşəkkürlər :)

Şükür Hüseynov (2017-09-26 09:58:01)
Yox, niyə problem olsun ki :)

Babək Əsgərov (2017-09-25 12:47:50)
Mən artıq bir həftə olar phpyə başlamışam, bu böyük problem deyilki?

Şükür Hüseynov (2017-09-25 11:47:14)
Mükəmməl yox normal bəsdi ) Ardıcıllıq: Javascript, Php, Mysql Dəyməz, Buyurun )

Babək Əsgərov (2017-09-25 09:33:32)
Javascripti mükəmməl bilməliyəm? Bir də ki, sonra hansını öyrənməliyəm? Mən münasib ardıcıllıq axtarıram özümə)) Təşəkkürlər cavaba görə

Şükür Hüseynov (2017-09-25 09:30:53)
Salam HTML və CSS bilirsinizsə, hələ ki, Php, Mysql və Javascript öyrənməyiniz kifayətdir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Php bind_param xətası

Socket.io chat veb səhifədə install

Qovluq və faylların silinməməsi

php fopen readfile url xətası

SQL səhvi

PHP Ajax script