HTML reklam

Salam. Mənim vordpresdə qurduğum sadə bir saytım var yəni veb dizayner deyiləm. Bir nəfər mənə saytda banner yerləşdirmək istədiyini bildirdi və məndə razılaşdır. İndi problem ondadır ki mənə göndərdiyi banner RAR fornatındadır (içində şəkil papkası, .fla faylı, HTML faylı və JavaSript fayıl). İndi bunları necə sayta yerləşdirim:/? Çox xahiş edirəm kömək edəsiniz, həm öyrənmək istəyirə həm də ki reklamı əldən çıxartmaq istəmirəm. MƏSLƏHƏT VERSƏNİZ SEVİNƏRƏM!

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2017-09-27 11:57:03)
mətn hissəyə HTML tab-ına atmaq lazımdır, VİSUAL tab-na yox. Əgər HTML tab-a atanda da işləmirsə, o halda ola bilər hər hansı plugin və ya theme özü buna icazə vermir (başqaları tərəfindən qoyunal iframe bəzi hallarda təhlükəli ola bilir deyə bəzi plugin və ya theme-lər onu bloklayır, təmizləyir koddan.) - belə olan halda shortcode istifadə etmək lazımdır. Yəni [reklam] adlı shortcode yaratmaq, o kodun əvəzinə də iframe kod təyin etmək. Shortcode-u php kod yazmaqla da yaratmaq olur, hazır shortcode creator pluginləri ilə də.

aziz84 (2017-09-26 15:06:00)
Bir şeydə öyrənmək istərdim, bu yazdığınız iframe kodunu vordpresdə MƏTN olan hissəyə atdığım zaman işləmir. Bunu necə düzəldə bilərəm?

aziz84 (2017-09-26 14:17:11)
Alındı, çooox təşəkkürlər!

aziz84 (2017-09-26 13:48:37)
Çox təşəkkür edirəm ! saytdakı papkanı şablonun içində yaradım yoxsa .....!?

E. Hacı (2017-09-26 13:24:51)
Fla fayli - Adobe Flash faylıdır, onu icra etməklə .swf faylına çevirib (flaş banner) sayta qoymaq olar embedded swf kimi (internetdə onun üçün hazır kodlar doludur - swf embed html sample - yazsanız çıxar). Amma və lakin, sizdə swf yoxdur, üstəlik html və js var, deməli fla-dan vaz keçib reklamı düzəldən, və uyğun html və js düzəldib. O lap yaxşıdır. Ayrıca papka yaradırsınız saytınızda (məsələn reklam/1/ ) faylları atırsınız ora. sonra brauzerdə saytınız.com/reklam/1/htmlfaylin_adi.html yazırsınız - əgər reklam açdısa, deməli əla, davam etmək olar. Açmadısa, nəsə boş görsədirsə, ola bilər ki göndərilən faylda problem var. Nəhayət son mərhələ, reklamı sayta qoymaq. Onu da iframe kodu ilə qoyursunuz widgetə və ya hara istəsəz, bu tipdə bir şey [code] <iframe width="300" height="300" src="http://saytiniz.com/reklam/bir/htmlfaylin_adi.html"></iframe> [/code]

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Brovzerdə mətn olduğu kimi

Gəzən banner html kodu

Kursorla bərabər hərəkət edən yazı

PHP üçün kodlab.com – dan kitab

Onlayn film izləmək üçün sayt açmaq.

sayt dizaynı sənəti