Payoneer kartı sifariş verdim

Salam bu gün mən sifariş verdiyim kartı almaq üçün mərkəzi poçta getmişdim. Azerpoçtun resepşın işçisi məndən hansı indeksi və ünvanı yazdığımı soruşdu mən də əvvəlcədən göndərilmə nöqtəsinə AZ1000 yəni mərkəzi poçtu yazmışdım ki, tez gedib götürüm amma ünvana yaşadığımız yerin məlumatlarını qeyd eləmişdim mənə göstərilən indeks ilə yox qeyd olunan ünvana göndəriləcəklərini dedilər indi kart mənə konvertdə gəlməlidi məktub yolu ilə yəni bağlamada filan deyil. Gömrükdən keçirilənlər ən birinci mərkəzi poçta çatdırılır Bakıda yoxsa yaşadığım ünvana yaxın bir poçt dairəsindən gedib götürməliyəm? Onu da deyim ki, kartı sifariş verdiyim gündən bu günə kimi artıq 26 gündür.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Samir9698 (2017-10-01 17:20:31)
Salam Payonner kartı birbaşa sizin saytda qeyd etdiyiniz ünvana yəni evinizə poçtalyon tərəfindən gətirilir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Payoneer hesabından yerli bank hesabına pul köçürmək

Paypalda dispute açmışam.Satıcı track informasıyanı daxil etməyib və mal da gəlib çıxmayıb

Paypaldan karta pul transferi.

həndəsə məsələsi

Poçtda sifarişi tapa bilmirəm.

Telefon sifarişi