Yapı kredi bank Paypal-dən karta gələn pulu nəğdləşdirməyə icazə verirmi?

Salam, Yapı kredi bankdan soruşdum, sizin karta Paypal-dən pul köçürdə bilərəmmi -dedilər: əgər Paypal mastercard moneysend xidmətini dəstəkləyirsə bəli. Düz deyirlər sizcə? Etmisinizmi? Sonradan bir problem çıxmazki?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Sara 1994 (2017-09-28 22:03:49)
Sağolun məlumat üçün))

E. Hacı (2017-09-28 22:01:52)
Bu elə də asan deyil. Onlayn bank hesabı olmur, kart olur, o da bank hesabı statusunda olmur. Ölkə olaraq ən əlverişli olanı gürcüstandir. Azərbaycanlı PayPal işlədənlər adətən orada açır. Amma onun da problemi var. 1000$ filan keçilən kimi yaşayış yerini isbat edən sənəd istəyir PayPal. Bu isə Gürcüstanda yaşamadan çətin işdir. Və ya qeyri Gürcüstan IPsi ile girəndə də anti fraud sistemi hesabınızı blok edə bilər və s

Sara 1994 (2017-09-28 21:01:55)
Bəli eleymiş. Sizə yazdıqdan sonra mənə siyahı gonderildi ordan bildim. Bəs siz heç başqa ölkədə bank kartı acib paypal hesabından ora pul göndərib, sonra öz ölkəmizdəki kartiniza pul göndərib çıxartmısınızmı? Hansı ölkəyə üstünlük vermisiniz? Ən yaxin Qazaxıstan olduğu üçün onu seçməyim məsləhətlidir sizcə? Mənə bir neçə insan deyir xaricdə onlayn bank hesabı aça bilərsən. Lakin inanmıram bu mümkün ola. Haqlıdilar?

E. Hacı (2017-09-28 20:10:28)
Xeyr, mümkün deyil. Sizə yanlış deyiblər. Yəqin ki sualı səhv başa düşüblər. PayPal Azərbaycana pul göndərmir, bunu sadəcə bilmək laizm, bir bir bankalara sormaq vaxt itkisidir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Poçta neçə azn verməliyəm?

EMS karqo Track Number

WordPressdə skrill ilə ödəniş qəbul etmək üçün necə hesab açmaq lazımdır?

Ebaydan Malı Paypaldan Başqa Nəylə Almaq Olar

From-dan telefon

Paypal da hesab komeyi