Wp saytına ödəniş əlavə etmək

Salam . Mən wp da sayta ödəniş necə əlavə olunur onu öyrənməy isdəyirəm. Eticarət sayti deil sadəcə insanlar pul ödəyərək premium şeylərdən isdifadə edəcəylər. Wp saytının özündə paypal gəlir amma azərbaycan onu dəstəkləmir.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Назим Байр (2017-10-27 22:31:02)
Aydindir. Teshekkur edirem!!!!!!!

E. Hacı (2017-10-27 12:33:21)
Qanunla bəli, açdırmalısız əlbəttə. Pul qazanan hər şəxsin bir vergi mükəlləfiyyət metodu olmalıdır. İşçi maaşından, sahibkar gəlirindən və.s. Sadəcə fərq odur ki, yerli prosessorlar məcburi qaydada bunu tələb edir, xarici prosessorlar isə hər ölkədə qanunlar fərqlidir deyə onu sizin öhdənizə buraxır, yəni ki, qazanın, pulu sizə tam veririk,gerisi sizin öz işinizdir, harada və neçə faiz vergi verəcəksiniz.

Назим Байр (2017-10-27 09:32:49)
E. Hacı bey, menim Size sualim var. Men isteyirem bizim sistemlerden istifade elemiyim. Messelem Russiyanin interkassa sistemi saytima qoshum. Bu halda, min VOEN acdirmaliyam ya yox?

E. Hacı (2017-10-02 15:55:30)
texniki baxımdan yox lazım deyil, ödəniş siz tərəfdə baş vermir çünki. Amma ola bilər ki, prosessinq şirkət bunu sizdən istəsin.(tövsiyyə olaraq istəmək) Ödənişi APİ ilə tam öz tərəfinizdə etmək istəsəniz(prosessinq saytına keçid olmadan, birbasa sizin saytın daxilində kart daxil etməklə), o halda SSL vacibdir, bəli - amma burada əlavə risklər var, burada artiq sizin məsuliyyətiniz də artır, daxil olunan kartların təhlükəsizlik filan məsələləri. 1-ci dediyim halda isə bu məsuliyyətlərdən azadsınız, çünki kart daxil etmə səhnəsi onların öz tərəfində baş verir.

Hackback (2017-09-30 22:50:00)
bunun ucun SSL sertifikası almaq lazimdi? yoxsa o sertifkat ancaq e ticaret edenler ucundur?

Hackback (2017-09-30 16:44:14)
Tesekkurler etrafli izah etdiyinize gore

E. Hacı (2017-09-30 16:31:09)
Edənin kim olmasından və hansı keyfiyyətcə olacağından asılı olaraq 250-750 arası.

Hackback (2017-09-30 16:28:34)
Pulla bu işi neçəyə edərlər?

E. Hacı (2017-09-30 13:05:10)
Yerli ödəniş providerlərdən birinin ödəniş sistemi üçün plugin yazdırmaq (hazırları da var, məsələn bir nəfər millicart üçün yazıb bura qoyub woocommerce plugin: https://github.com/hmammadov/woocommerce-millikart-payment) lazımdır. Bu sistemlərə qoşulmaq üçün isə işə ciddi yanaşmaq tələb olunur. Yəni - VÖEN əldə edib qanuni sahibkar olmaq. - Hansı ödəniş sistemi ilə işləyəcəksizsə (azericard, millicard, pasha payment, portmanat payment, bankofbaku payment, goldenpay və.s. ) o sistemin dəstəklədiyi bankda VÖEN hesabı açmaq və seçdiyiniz ödəniş provideri ilə müqavilə bağlamaq. - Müvafiq plugini yazdırıb/götürüb içərisinə özünüzə uyğun mağaza İD filan yazıb sistemi işlək hala gətirmək.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytın serverdə yerinin dəyişdirilməsi

Videoya sayt adı yazmaq

Əgər sayt Azərbaycan dilindədirsə necə pul qazanmaq olar ?

Square7.ch sitəsi

Dledə sitemap.xml necə yaratmaq olur

WordPress.com istifadə və təhlükəsizlik haqqında