Mobil telefonların qeydiyyatı haqqında.

Salam xaricdən (aliexpress) telefon gətizdirmişəm.Telefon da *#06# yığmaqla IMEI nömrəsini müəyyən etdim,2 imei kod gəldi,ayrı ayrılıq da ikisini də imei.az saytında yoxladıqda : (1ci imei kodda) Daxil etdiyiniz IMEI nömrə Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin olunmuş qaydalara uyğundur. Qeydiyyata ayrılmış vaxt 07/11/2017 tarixində bitir. Qeydiyyatdan keçirilməyib. İstifadəsinə icazə verilib. (2ci imeo kodda) Daxil etdiyiniz IMEI nömrə Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin olunmuş qaydalara uyğundur. Mövcud qaydaya əsasən qeydiyyatdan keçirilməlidir. İstifadəsinə icazə verilib. IMEI nömrə Mobil Cihazların Qeydiyyat Sistemində mövcüd deyil. Cavabını aldım.Telefonu 1 ay için də qeydiyyatdan keçitməsəm bağlana bilər mi ? mən keçirtmək istəmirəm.şəxsi istifadə üçün almışam.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

rustemrustemov (2017-10-11 20:18:44)
Cox sagolun minnetdaram.Her seyi etrafli yazmisiz.Men ozum imei.az saytindan evde qeydiyyatdan kecmek isteyirem.

selef (2017-10-11 06:47:47)
Telefon heyifdi qeydiyyatdan kecirdin . Istenilen size yaxin olan poct bolmesine gedin her imei gore 5 azn verib qeydiyyatdan kecirdin. 2 imei 10 azn Sexsiyyet vesiqesini goturmeyi yadinizdan cixartmayin

E. Hacı (2017-10-10 12:31:43)
Telefonun nömrə taxmış olduğunuz 1-ci sim kart oyuğu 1 aydan sonra bağlanacaq (bağlana bilər yox, məhz bağlanacaq) - şəbəkə tutmayacaq, olacaq sadəcə wifi ilə işləyən bir cihaz. Bağlanandan sonra nə vaxt istəsəz qeydiyyatdan keçirib açdıra bilərsiz, 1 sutkaya kimi çəkir amma açılmağı. 2-ci oyuğa isə sim kart taxmamısınızsa, hələ ki qeydiyyat lazım deyil ona. Onun 30 günü ona da sim kart taxdığınız gündən hesablanacaq. Bir sözlə yaxşı olar ki, bu ay 1-ci oyuğun imei-ni qeydiyyatdan keçirəsiniz.