İş tapmaqda yardımçılıq

Salam hərkəsə. 21 yaşındaym orta təhsilliyəm. Ayın 6-sı atam rəhmətə gedib. Ailədə 3 qadın birdə mən varam. Əlacsız qalmışam çox xahiş edirəm mənə yardım edin. İş axtarıram ama imknlarım çox limitlidi. Həryerdən axtara bilmirəm. Sİzdən çox xahiş edirəm mənə iş tapmaqda kömək edin. Evdə cəmi 16 manat pul var. Bu həftə mən iş tapıb çalışmalıyam. Anamın vəziyəti yaxşı deyil gündüzlər yanında durub gecə smeni çalışmaq istəyərəm. Ama əgər olasa gündüzdə çalışaram. Çox xahiş edirəm yardım edin. Microsoft proqramlarını bilirəm satış sahəsində 2 illik təcrübəm var. Telefon kompüter satışı, Telefon aksesuarları, v əs oalraq çalışmışam. Hərkəəs əvvəlcədən təşəkkür edirəm

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

neo13 (2017-10-14 00:07:51)
Tap.az a lalafo.az a rabota.az a bax

Elvin Memmedov (2017-10-11 19:07:32)
Təşəkkür edirəm Allah razı olsun. Ən pisi ayın 20-nə kimi işə düzəlməliyəm. İşə düzəltmələrə müraciət etmişəm ama hələ cavab yoxdur. Rus dilm olmadığı üçün saııc kassir götürmürlər. Maaşı ən azı 400 olan bir iş tapmalıyam yoxsa çox çətin olacaq. Çox borc var hamı qapıya gəlir

Bextiyar Azeroglu (2017-10-11 18:58:46)
Allah Rəhmət eləsin. 1 gün işində iş tapmaq istəyirsizsə işədüzəltmə bürolarından birinə müraciət elə ən pis halda marketdə satıcı-kassir işi ilə təmin edəcək. Maaş da 300azn. Düzdü 1ci ay maaşdan müəyyən faiz alırlar.