Subdomen yoxsa əsas domen?

Salam. Mən uzun müddətdir (2 ildən çox) vordpresdə qurulmuş veb sayt işlədirəm. Saytın həcmi böyükdür, verilənlər bazası 1 GB yaxınlaşıb (test saytım var). Virtual server işlədirəm (4 CORE CPU, 4 ГБ RAM, 100 ГБ SSD). Sualım belədir: saytda yeni test bölməsi qurmaq istəyirəm. İndi bilmirəm ki, yeni bölməni subdomendə qurum yoxsa əsas domendə? Sizcə subdomendə qursam daha əlverişlidir yoxsa fərq etmir? İstəyirəm ki sayt çox yüklənməsin çünki pik vaxtlarda (imtahanlar qabağı) sayt ağır çalışır, donmalar olur (pik vaxtlarda gündəlik 100 min və üstü səhfə baxışı olur. Normal vaxtlarda 15 - 20 min)

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

aziz84 (2017-10-14 17:29:11)
Çox sağolun, biraz məlumatım oldu. Bir müddədtdən sonra sizin kimi mütəxəssisə müraciət etməyi düşünürəm. Bu işləri görmək üçün təbbi ki mütəxəssisə müəyyən qədər ödəniş etməliyəm, sizin bu işlərlə məşqul olduğunuzu güman etdiyim üçün sual edirəm: bu işləri neçə manata edirlər?!

E. Hacı (2017-10-14 17:22:36)
Mən sifarişlə bu tip işlər görmürəm deyə qiymət barədə nəsə deyə bilmərəm düzü. Fərdi məsələdir. Vaxtdan çox təcrübə tələb edir. Yəni belə deyim də, bilən adam bütün bu dediklərimi 2-3 saata tam edib bitirə bilər. Qiymət də fərdi məsələdir dediyim kimi, 100 də deyə bilər, 200 də, 300 də, havayı da.

aziz84 (2017-10-14 17:13:27)
Çox sağolun, biraz məlumatım oldu. Bir müddədtdən sonra sizin kimi mütəxəssisə müraciət etməyi düşünürəm. Bu işləri görmək üçün təbbi ki mütəxəssisə müəyyən qədər ödəniş etməliyəm, sizin bu işlərlə məşqul olduğunuzu güman etdiyim üçün sual edirəm: bu işləri neçə manata edirlər?!

E. Hacı (2017-10-14 17:05:12)
belə deyək də, eyni serverdə edəcəksizsə yeni işləri, yük yenə eyni mysql serverə düşəcək, yəni yeni nəsə açmağın anlamı yoxdur. əlac budur ki, mysql tuning oluna. o da ki çox da sadə iş deyil təəssüf ki. - mysql-ə ümumi ram-dan daha çox yeməsi imkanı verilə bilər - indeksasiya işləri ciddi yoxlana bilər (wordpress-in öz table-larında problem olmur, amma pluginlərin yaratdığı table-lar yoxlanılmalıdır) -artıq data silinə bilər (məsələn revision-lar varsa, çox güman ki data-nın az qala yarısını onlar təşkil edir, onları silmək gərək) - my.conf faylı sizin DB ölçülərinə uyğun yenidən şəkilləndirilə bilər. (əsas vacib hissə budur - my.conf faylındakı parametrlər saytın cari həcminə və yüklənməsinə uyğun olmalıdır) və.s.

aziz84 (2017-10-14 16:53:56)
25 şərh var saytda, minlərlə sual var. Bu sahədə mütəxəssis deyiləm. Sadə işləri bilirəm WP-Optimize verdiyi məluta: Total size of database: 1,02 GB Sayt: http://tehsilim.info/

E. Hacı (2017-10-14 16:51:33)
bəlli bir mərhələdən sonra gərək mütəxəssis köməyi də ola. (əgər özünüz bu sahədə mütəxəssis deyilsizsə) 1GB veriləblər bazarı qəribədir bu ölçü üçün. Çox yəqin ki nəsə yanlış qurulub. 1GB DB üçün gərək milyonlarla sual-cavab ola bazanızda. Elədirmi sizdə? Subdomen fərq etmir, eyni bazada olacaqsa. Ümumiyyətlə təsvir etdiyiniz qədərilə olan məlumatlarla nəticə çıxarmaq çətindir. Fərdi yanaşma tələb edən şeydir bu məsələ

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

gov.az subdomeni haqqında