nəqliyyat vasitəsinin təkrar qeydiyyatı

Salam, DYP idarəsinə 1 həftədir düşə bilmədiyim və mailə cavab yazmamaları səbəbindən sualı bura yazdığım üçün üzrlü hesab edin. Mənim maşınımı etibarnamə ilə sürürəm. Sabirabadda qeydiyyatdadır. Nömrəsi 54-lə başlayır. İndi satan adamın mənə borcu qaldığı üçün 1 ilə yaxındır gizlənir. Maşını adıma keçirtmək istəyirəm. Mən Sabirabada getməliyəm ya Bakıda həll edə bilərəm? Eşitdiyimə görə Meyvəli tərəfdə olan idarədə keçirmək olur. Ancaq prosedur barədə heç cür məlumat ala bilmirəm. Bu barədə məlumatı olan şəxslərdən mənə kömək etmələrini xahiş edirəm. 1 həftəyə etibarnamənin də vaxtı bitir (

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

mamedli_elvin (2017-10-18 14:34:27)
Haqlısınız. Başdan həll etməliydim. Təşəkkürlər.

E. Hacı (2017-10-18 14:14:34)
54 ilə başlayırsa Şirvanda həll etməniz lazımdır. Yaxın məsafədir, sabahda filan gedin baş çəkin ora, nə lazımdır məlumat versinlər. Lazım olsa oradan yönləndirərlər Meyvəliyə. Və ümid edirəm ki, bu dərs olar, bir də etibarnamə ilə maşın almazsınız. Ümumiyyətlə etibarnamə adından da göründüyü kimi, sövdələşmə vasitəsi əsla deyil, rayonlarda nədənsə çox populyardır bizdə, belə "alış-veriş" etmək.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Büdcəm daxilində ən yaxşı maşın

Sayt üçün LLC haqqında

Amazon-da ünvan qeydiyyatında problem

Facebookda eyni nömrə ilə 2 dəfə qeydiyyatdan keçmişəm

Telefon qeydiyyatı

İnstagram qeydiyyatdan keçmək