Amazon.com un Camex şirkətinin ABŞ-dakı anbarına malı çatdıra bilməməsi.

Salam, Mən Amazon.com dan Camex vasitəsi ilə bir neçə kitab sifariş vermişəm. Deməli, Amazon.com un dediyinə görə bağlama ən geci 23.10.17 saat 20:00 a qədər ünvana çatdırılmalı idi... Bu gün mesaj gəlib ki: "An attempt was made to deliver your package, but the business was closed. Please look for a notice of attempted delivery for the next steps." "4:05 PM Delivery attempted - Business closed New Castle, DE, US" Bu mesajlardan göründüyü kimi, dünən həqiqətən də, saat 16:05 də bağlamanın çatdırılmağına cəhd olunsa da, anbar o saatda bağlı olub deyə, birinci cəhd uğursuz olub... Və Amazon.com deyir ki, növbəti gün yenidən cəhd olunacaq, amma mən yenə də eyni hadisənin təkrarlanacağından və ya heç cəhd eləmiyəcəklərindən çox narahatam. Bu məsələ ilə bağlı Camex.az şirkəti ilə də əlaqə saxladım, deyirlər ki, böyük ehtimal daşıyıcı xidmət(USPS) səhv ünvana gedib, çünki onların ABŞ dakı anbarları saat 10:00 dan 17:00 a açıq olur... İndi, mən yenidən Amazon.com dakı hesabda "shipping details" i yenidən yoxladım, hər şey düzgün qeyd olunub. Nə də ki, USPS - in səhv ünvana getməsi variantı inandırıcı gəlmir... Bu hadisə böyük ehtimal məndən əvvəl də kiminsə başına gəlib. Belə olan halda, nə etmək lazımdır? Öncədən təşəkkürlər...

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2017-10-24 18:20:27)
Heç bir narahatlığa əsas yoxdur, belə şeylər tez-tez olur və heç vaxt da problem olmur, bir qədər sonra görəcəksiz çatdırılıb

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ukraynada yaşayan bir şəxsə online olaraq necə pul göndərə bilərəm?

Ebay Satıcının Cavabı

Youtube hesabımı hansı partner şirkәtә qoşmalıyam?

Soyuducu ped

Aliexpress sifarişi ləğv elədim, pul geri qayıtmadı

Kaşlok haqqında