Google Adwords Unsupported Language

Bir ilə yaxındır google adwordsdə reklam yerləşdirirdim.Son bir neçə gündür ki, google yeni qayda çıxarıb reklamları qəbul elemir.Səbəb: Unsupported Language.Reklam google-un dəstəklədiyi dillərdə olmalıdı. Azərbaycanca yazılan sözləri qəbul elemir (İngilis hərfləri ilə yazılsa belə).İngiliscə yazdım qəbul eledi.Location həmişə Bakı, Sumqayıt olub Azərbaycana dəyişdim yenə alınmadı. Belə bir problemlə rastlaşan və həllini tapan var?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Cavid Mirzeyev (2017-11-01 12:02:24)
Mövzunu aydınlaşdırdığınız üçün təşəkkürlər

E. Hacı (2017-11-01 11:58:53)
Bu problem ümumidir və hazırda online reklam verənləri narahat edən əsas mövzulardandır. Lap əvvəllər (4-5 il əvvəl) olurdu belə, sonra düzəldi, amma indi yenə qayıdıb. Qayda yeni deyil, Azərbaycanca reklama icazə heç zaman olmayıb Google-da, sadəcə dediyim kimi, son 4-5 ildə göz yumulurdu, blok olmurdu, indi isə yeni alqoritm işə salıblar ya nə ediblərsə, ilişir tez-tez. Həllini tapmaq bir az müşküldür, çünki Google bizdən daha ağıllıdır. :) Bircə dolayı çarə var, o bəlkə işinizə yaraya: Fərz edək ki belə bir reklam verirsiniz - "Bakıda ən yaxşı pizza bizdə, pulsuz çatdırılma ilə" - bu zaman buradakı sözləri 1-1,2-2 və ya 3-3 keyword kimi əlavə edirsiniz, reklam tərtib edəndə isə (dinamiceskaya vistavka klyucevix slov) həmin açar sözləri bir-bir import edirsiniz və nəticədə cümlə elə alınır və reklamı qəbul edir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

PR 4 idi. İndi isə 0

google adwords

Adwords məqalə reklamı

Google Chrome`da Youtube problemi

Google Chrome Pəncərə bağlanmır

Saytda axtarış