Sayt yönləndirmə

Salam. Əvvəl wordpress saytım root-da idi. Daha sonra blog papkası açıb saytı ora istiqamətləndirdim. İndi htaccsess də necə edə bilərəm ki, daha once site.az/sehife2.html olanlar,site.az/blog/sehife2.html a istiqamətlənsin. Bununla belə ana səhifəyə girmək istəyən də girsin. Kömək edə bilərsiniz?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Katya Naydenko (2017-11-04 17:49:59)
Təşəkkür edirəm köməyiniz üçün

E. Hacı (2017-11-04 14:53:08)
Onda belə etmək olar da. 1. root-da .htaccess ilə bütün ziyarətçiləri index.php-yə yönəldirsiniz. 2. index php-də sadə php code yazaraq əgər REQUEST_URI /-ya bərabər deyilsə /blog-ya yönlənsin deyirsiz. Tək htaccess-də şərtli əmrlər yazaraq da həll etmək olar, sadəcə indi ağlıma bu gəldi deyə bunu yazıran: Məsələn index.php-də üst hissəyə bunu əlavə etmək olar root-da. [code] if ($_SERVER["REQUEST_URI"]!='/'){ header("location: /blog".$_SERVER["REQUEST_URI"]);exit; } [/code] Bu kod dəqiq işləyir. Sadəcə həm blog həm də root-da düzgün htaccess olmalıdır. Düzgün deyəndə yəni belə root [code] RewriteEngine On RewriteBase / RewriteRule ^index\.php$ - [L] RewriteCond %{REQUEST_FILENAME} !-f RewriteCond %{REQUEST_FILENAME} !-d RewriteRule . /index.php [L] [/code] blog [code] RewriteEngine On RewriteBase /blog/ RewriteRule ^index\.php$ - [L] RewriteCond %{REQUEST_FILENAME} !-f RewriteCond %{REQUEST_FILENAME} !-d RewriteRule . /blog/index.php [L] [/code]

Katya Naydenko (2017-11-04 14:14:03)
Təşəkkür edirəm. Amma düzgün anlamadınız məni. Bütün ziyarətçilər blog papkasına keçsin istəmirəm. Daxili səhifələrin keçməsini istəyirəm. Məsələn: sayt.az/sehife1.html => olsun sayt.az/blog/sehife1.html Sayta birbaşa girənlər elə saytda qala bilər. Yönləndirmək lazım deyil. Əgər "/" işarəsi və səhifə adı varsa o zaman yönəltsin. Elə şey mümkündür?

E. Hacı (2017-11-04 12:22:13)
Salam. [code] RewriteEngine on RewriteEngine On RewriteRule ^$ /blog [L] [/code]