Müqavilə adı

Salam. Birdənə müavilə var adı yadımdan çıxıb. Kimsəszi yaşlı insanın evində qalırsız ona baxırsız rəhmətə gedəndədə evi ada keçirdirdilər. Bu müqavilənin adı nədir. Qonşumuzda Ailə başcısı olmayan ailə var onlar maraqlanır. Bəlkə bilən var xahiş edirəm yazsınlar

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

TaGi Asadullazadeh (2017-11-11 20:47:53)
Sənədlər və müqavilə formaları bu keçiddənbaxa bilərsiniz.Bəlkə kömək oldu

icco (2017-11-07 00:06:39)
Qardaş sən söhbəti səhv anlamısan

icco (2017-11-07 00:06:15)
Yox müavilənin adı var idi keçən il amraqlanırdılar mənə unutmuşam. Hətta xəbər saytlarındada xəbə edilmişdi bu qanun ama yadımda deyil

Ismailov Ismayil (2017-11-06 22:15:40)
Mirasqoyma və mirasayiyələnmə heç də verilən sözlərlə həll ediləsi iş deyil. Atalar demiş, şərti şumda kəsin ki, xırmanda yabalaşmayın. MM-nin 1166-cı maddəsinə əsasən, fiziki şəxs öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. “Bunun üçün miras qoyanın miras kütləsinə daxil olan əmlakı barəsində vəsiyyətnamə qoyması mütləqdir. Vəsiyyətnamə iki şahidin yanında tərtib edilməli, imzalanmalıdır. Şahidlər də öz növbəsində vəsiyyət edənin imzasından sonra vəsiyyətnamədə öz ad ,soyadıarını, yaşayış yerlərini göstərməklə təsdiqləməliidrlər. MM-nin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Notariat forması və yaxud MM-nin 1186-cı maddəsində əksini tapan ev vəsiyyətnaməsi (imzalanmış əlyazma) şəkilində etibarlıdır. Yeni sizin dediyiniz halda sozu geden kimsesiz öz gələcək mirasının hüquqi taleyi üçün Sizinle qarşılıqlı şifahi razılaşma əldə etse belə vərəsəlik hüquq münasibətlərində nəzərdə tutulmayıb. Bundan başqa MM-nin 233.2-ci maddəsinə əsasən, əqdin etibarlı olması üçün onun notariat qaydasında təsdiqlənməsi və ya əgər vəsiyyətnamə və ya miras bölgüsü haqqında müqavilə varsa, müvafiq forma zəruridir.” Vərəsələri yoxdursa, onun əmlakı Mülki Məcəllənin 1165.1-ci maddəsinin tələbinə uyğun olaraq dövlətə keçir. Siz eger qulluq və onun müalicəsi, dəfn və ya digər xərc ödəmisinizsə bunu MM-nin 1157-ci maddəsinin tələbinə əsasən, Hemin kimsesizin vərəsəsi olan - dövlətdən tələb edə bilərsiniz”.

E. Hacı (2017-11-06 18:41:49)
yəqin vərəsəlik olar.