Laravel üçün hansı IDE və nəyə görə ?

Laravel üçün hansı IDE və nəyə görə tövsiyyə edirsiz? həmçinin təhlükəsizlik baxımından laraveldə nəyə diqqət etmək lazımdır ?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Həsən (2017-11-10 18:05:26)
Deyəsən 3,4 gündür hər yerdə axtardığım cavabı tapdım :) OOP mövzusunu gərək yaxşı öyrənim

Seo Mullimi (2017-11-10 09:54:23)
IDElərin developerin işini tezləşdirməkdən, (kodun avtomatik tamamlanmasından, bir çox ayrı ayrı toolları bir araya gətirməkdən) başqa çox da fərqi yoxdur. Laravelin sizə qarışıq gəlməsinin səbəbi isə yəqin ki kifayət qədər oop biliyinizin olmamasıdır. Laravel kimi frameworkləri öyrənməzdən əvvəl, oop mövzusunu yaxşıca öyrənmək, öz sadə frameworkünüzü yaza biləcək qədər təcrübənizin olması, qarışıqlıqlar ilə üzləşmənizin qarşısnı almağa kömək edəcəkdir.

Həsən (2017-11-09 21:38:20)
aydındır çox sağolun ətraflı məlumatlandırdığınız üçün. Laraveli yeni öyrənməyə başlamışam, mənə çox qarışıq gəlir. dedim bəlkə IDE fərqləri var. (əsasən youtubedan izləyirəm dərsləri)

Seo Mullimi (2017-11-09 20:55:57)
Php üçün ən yaxşı İDE (pullu) JetBrains məhsulu olan PhpStorm hesab edilir. Bir çox php framework dəstəyi (plugini) də mövcuddur. İntellisense php ilə yanaşı html, css, javascript baxımından da digər İDElərə görə çox yaxşı nəticə verir. Daxili verilənlər bazası ilə işləmək imkanı kimi hardasa bir developerə lazım olan hər şey bir yerdə toplanıb. Bir mənfi cəhəti var ki cpu və ramdan çox da səmərəli istifadə etmir. Qısacası Visual Studionun php versiyası (əvəz edicisi) kimi adlandırmaq olar. Pulsuz olaraq isə Netbeans, digər pulsuz İDElərə görə daha çox bəyənilir. Təhlükəsizlik ayrı bir sahədir amma bu baxımdan developerin üzərinə düşən hər növ user inputlarını filtrləmək və PDO kimi nisbətən yeni texnalogiyalardan istifadə etmək olur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kimsə mənim facebook hesabımla reklamları bəyənir

SQL səhvi

PHP timestamp düzgün işləmir

Oğurlanmış Instagram hesabı

Bios Menu

PHP mail() function