Skrill,Paypal ödəniş və təhlükəsizlik

Salam,hörmətli qrup üzvləri. Forumda kifayət qədər bu suallara cavab var.Amma onların tarixləri köhnədir. Suallarım bunlardır: 1)Skrill hesabımda 5-10 min euro pul olsa bunu rahatlıqla Bakıdakı bank hesabıma köçürə bilərəmmi?Köçürə bilsəm nə qədər faiz çıxacaq?Köçürə bilməsəm,necə pulu çıxarda bilərəm? 2)Paypal Azərbaycanı dəstəkləmir.Amma mən USA olaraq qeydiyyatdan keçib 5-10 min euro yükləsəm,o pulukart hesabıma yükləyə bilərəm? Suallarıma cavab verən hər kəsə minntdaram.. Hörmətlə,kənən(old school - c0der)

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

E. Hacı (2017-11-18 12:50:13)
VÖEN hesabın Visa və ya Master Cardı olmur, sadəcə cari hesab kimi olur. Düzdür, açdırmaq olur bir çox bankda elə bir kart, amma o problemli məsələdir bir az. VÖEN hesabda tək sağlam yol banka gedib qol çəkib götürməkdir pulu. VÖEN artıq ciddi iş, sahibkarlıq leveli deməkdir, yəni orada artıq kartıma gəlsin, ordan çıxarım bir az praktik deyil, orada siz sahibkar olaraq gedib bankdan özünüz çıxarmalısınız (və ya bankdan çek kitabı alıb çek imzalayıb kiməsə verməlisiz ki get mənimçün bankdan çekdə yazılan məbləği çıxar) Sahibkarlıq üçün yaxşı banklar, Beynəlxalq, Access Bank , Bank of Baku deyə bilərəm məsələn.

neo13 (2017-11-18 12:04:15)
1) bəli 10 faiz vergi verərək çıxarda bilərsən. 2) səni 100% əmin edə bilərəmki o hesabın banlanacaq və limited olacaq açmaq üçün SSN İD zad istiyəcəklərki pulun batacaq. (başıma gəlib) məsləhətim payoneerlə işlə pulu ora göndər və masterkartıyla pulu bakıda ATMdə çıxart vergi zad çıxmayacaq. Yada olursa pulu Yandex moneyə göndər yenə onun mastekartıyla bakıda ATMdən çıxart. ama ilk öncə bakıdakı ofisinə gedib hesabını təstiqləməlisən.

coder007oldschool (2017-11-16 14:55:35)
Çox sağolun,cavab verdiyinizə və vaxt ayırdığınıza görə.VÖENi aldıqdan sonra Visa və ya Master olaraq hansı bankı məsləhət görərdiniz.Zəhmət deyilsə,cavablandırardınız

E. Hacı (2017-11-16 14:23:32)
Yox. Sahibkarlıq üçün açır hamı. Sadəcə kateqoriya secirsiz ki hansı sahə üzrə məşğul olacaqsız. Online qeydiyyat da var e-taxes.gov.az, fiziki şəxs. Ehtiyac da yoxdur kimləsə üzbəüz oturmağa. Online keçirsiz, hazır olanda gedib vəsiqəni filan alırsız

coder007oldschool (2017-11-16 14:20:03)
Təşəkkürlər,tam dolğun məlumat verdiyinizə görə.Bağışlayın,bir sual daha verim.VÖEN açarkən nə üçün açdığımı deməliyəm Vergilər Departamentində?

E. Hacı (2017-11-16 12:31:51)
1. Bəli, bilərsiz. Sadəcə məbləğ iri olduğundan yəqin ki sizdən VÖEN hesaba keçirməyi tələb edəcək banklar. Tələb etməyən banklar isə azı 10% vergi tutacaq. Köçürə bilməsəz, xaricə gedəndə orada bank hesabı açıb orada çıxara bilərsiz yəqin ki. Təbii ki, bu zaman həmin xarici ölkə də öz qanunlarına görə sizdən nəsə sənəd istəyə bilər. VÖEN hesab açıb oraya köçürmək ən rahat yoludur, pulu faizsiz alırsız, rüb tamam olanda da 4% vergi və hesabat verirsiniz, hər şey də təmiz və qanuni olur. 2. Xeyr. Elə sadə olsaydı elə hamı elə edərdi. Paypal-da bu işlər çox sərtdir, ABŞ-da yaşayış qeydiyyatını isbat edən sənədiniz olmasa, blok edəcəklər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Dropshipping üçün Payoneer, Wise yoxsa Skrill?

skrill ilə satış

ebayda və skrilldə satış üçün individual seçirik yoxsa business

Skrill – Hesabım donduruldu

Pul kartdan çıxdı, lakin Skrillə yatmadı

skrill (moneybookers) withdraw – çıxarış