Facebook məlumatları ilə qosulma zamanı email tələbi

salam. mən saytda qeydiyyati (Facebook_Connect) ilə yəni Facebook məlumatlari ile qosulma ilə qurmusam. saytim wordpress deyil. qeydiyyati manual olaraq qurmusam. skript normal işleyir. qeydiyyat zamani istifadecinin fb melumatlarindan FBid, FULLNAME,ABOUT,ve EMAL teleb edirem. bezi istifadəciler qeydiyyat oldugu zaman emaili dusmur. qeydiyyat zamani email telebi zorunlu oldugu halda niye bezi profillerde email gorunməz olur? problem nededir? problemi izah edecek biri varsa cavab yazsin. nezeriyye istemirem! zehmet cekib oxuyan her kese təsəkur edirem.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2017-11-17 18:51:36)
1. Sonradan profil məlumatı olaraq email əlavə ediblərsə bu qeydiyyat zamanı verify edilən email demək deyil, o səbəbdən olmuş ola bilər. 2. SDK çətin də olsa sonuncunu istifadə edin, sonra deprecate müddəti bitəcək, broke olacaq, onda daha çox əziyyət çəkəcəksiniz. 3. Bəli, facebook kvazi-email məntiqini 1 ildən bir qədər çox olar ki ləğv etdi, yəni loru desək, o ideya tutmadı deyə geri çəkdi o funksiyanı.

Beytul Memur (2017-11-17 18:20:28)
cavabiniz ucun tesekkur edirem. mesele burasindadirki, emaili dusmeyen profillerin 1-2si ile maraqlandim . o profillerinde anketinde emailleri var. dusunuremki, ya emaili sonradan elave edibler yada emaili tesdiq olmayib. birdeki men sdk skriptinin kohne versiyasindan istifade edirem. teze versiyasi cox murekkebdir, bas aca bilmedim. bir meselede maraqlidir . evvel feysbuk istifadeciye xususi email verirdi. yuxarida qeyd etdiyiniz kimi: EMAIL@facebook.com. son vaxtlar bu email anketden qaldirilib. gorsenmir. feysbukun bu emaili ne ise yarayirdi? saytdan gonderilen metubun fb hesabinada gonderilmesi mumkunmudur? mesaj formasinda.

E. Hacı (2017-11-17 13:24:06)
Səbəb sadədir, Azərbaycanda minlərlə istifadəçi var ki, FB-ya emaillə yox , telefon nömrəsi ilə qoşulublar. (Messenger üçün olur bu əsasən). Ona görə də məsləhət budur ki, if (email=='') yalanci_email=fb_user_id_nomresi@facebook.com kimi saxlayasız email xanasını. Ən azından userin kimliyinə dair dəqiq məlumat olan(user İD) yalançı bir email olmuş olacaq siz tərəfdə, həm də ki, unikal olacaq deyə bir problem də yaratmayacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebook ilə istifadəçi girişi