Komputerdə proqramın silinməməsi

Salam.Komputerə 360 total security proqramını yazmışam lakin heç cürə silə bilmirəm.Bununla yanaşı Run əmr menyusuna dxdiag və regedit yazıram daxil ola bilmirəm,xəta verir.Həmçinin istənilən .exe sonluqlu faylı açanda intenet explore ilə açmaq pəncərəsi açılır.Xahiş edirəm bu problemin həllində köməklik göstərəsiniz.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

printer0000 (2017-11-29 11:42:37)
360 total security-ni sil getsin, əgər silə bilmirsənsə regedit bölməsindən sil. 360 total security sozunu regeditin axtarış bölməsinə yaz və axtar sil. O da alınmasa Kompüterə perezaqruska ver və Safe mode ilə daxil ol silməyə cəht elə. 360 total security-ni silməzdən əvvəl isə ctrl+alt+delete ilə prosses bölməsindən fəaliyyətini dayandır. CMD-didən başın çııxırsa " rmdir " komandasının köməyi ilə də silə bilərsən.

maxxam (2017-11-29 01:22:05)
Bir daha yükləyin ve REVO UNINSTALLER PRO ilə pozun

Anar Guliyev (2017-11-26 16:38:50)
Msconfig menyusuna adi qayda ilə girə bilmirəm, ancaq msconfig üzərində sağ düyməni vurub Run as admistrator ilə girə bilirəm,ordan da 360 total security deaktiv edirəm,amma yaddaşa vermək üçün ok düyməsini basanda yenidən qarşısında aktiv işarəsi düşür. Başqa cür necə köməklik edə bilərsiniz,format olunmasını istəmirəm kompüterin.

Şəhriyar (2017-11-23 22:18:19)
run əmr menyusundan "msconfig" yazın ordan programı deaktiv edib yoxlayın bəlkə silə bildiz